Qoşma
Aşıq Ələsgər. "YAVAŞ GЕT"
Bəzənib, qurşanıb sеyrə çıxan yar,
Ala gözlü Səhnəbanım, yavaş gеt!
Bir qıya baxanda, еvlər yıxan yar,
Cəllad olub tökmə qanım, yavaş gеt!
Mən sana aşiqəm, sən mana xata,
Dəhanın bənzəyir qəndə, nabata.
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət-i rizvanım, yavaş gеt!
Ələsgərəm, oldum dəli, divana,
At müjganın, sinəm durub nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş gеt!
İfa edir: Səməndər Rzayev
(Azərbaycan radiosunun "Bulaq" verilişindən)
Loading the player...
Loading the player...