Qoşma
Hüseyn Arif. "DEMİR"
Milyon naxış vurur bahar torpağa,
Güvənib hüsnünə: - Baharam, - demir.
Zirvə buz bağlayıb, bürünür ağa,
Donur axşam-sabah: - Donuram! - demir.
Palıd sakit qalxıb, səssiz boy atır,
Söyüd dirçəlməmiş özünü dartır,
Gölməçə harayı qulaq batırır,
Ümman dilə gəlib: - Mən varam! - demir.
Tufanlar qoynunda sınaqdan çıxan,
Sağında, solunda şimşəklər çaxan,
Başında yüz dəfə tüstülər qalxan
Dağ yanır, bir dəfə: - Yanıram! - demir.
Çətin gün həyatın imtahanıdı
Yaxşını yamanı tarix tanıdı,
Sınsa da igidin qolu, qanadı,
Sındırıb özünü sınıram demir.
"Cəlili" havası. İfa edir: Murad Niyazlı
Loading the player...