Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Dirili Qurbani. "MƏNİM"


Mürşüdüm, kamilim, dinim, imanım,
Bir әrzim var qulluğuna, şah, mәnim.
On bir aydı sәr tövlәnә bәklәrәm,
Agah ol dәrdimә, qiblәgah, mәnim.


Heç bilmirәm, nә xәyala daldılar,
Könlüm evin zülmәtlәrә saldılar,
Döydülәr, söydülәr, yarım aldılar,
Keçmәdi әlimә doğru, şah, mәnim.


Abdal olan dәrsin oxur dәrindәn,
Qәvvas olan lәli seçәr düründәn,
Gözü yaşlı keçdim Xudafәrindәn,
İşim oldu qәmü hicran, ah mәnim.


Ötüşür bülbüllәr, budu, gәldi yaz,
Qurbaninin canı yolunda niyaz.
Sәrim sadağadır, üzüm payәndaz,
Yoxdur bundan qeyri bir mәtah mәnim.


 

"Bayramı" havası. İfa edir: Əhməd Sadaxlı
Loading the player...

 

 

 

 
 





Yuxarı