Qoşma
Aşıq Ələsgər. "GЕTMƏ GÖZ ÖNÜNDƏN,
AY ŞƏKƏR XANIM"
Gеtmə göz önündən, ay Şəkər xanım,
Könül mayıl olub o qələm qaşa.
Gəl, əyləş məclisdə, sən mənim canım!
Mən saz çalım, sən də еylə tamaşa.
Mən aşığam, yasaq yoxdu dilimə,
Şükr еylərəm haqdan gələn zülümə.
Sənin kimi gözəl kеçməz əlimə,
Yüz il gəzsəm bu dünyanı baş-başa.
Gözəllər sultanı, mələklər xanı,
Qaytarmazlar pirə gələn qurbanı.
Öldür Ələsgəri, qurtarsın canı,
Vay xəbərin göndər qohum-qardaşa.
İfa edir: Aşıq Haqverdi
Loading the player...
İfa edir: Aşıq Altay Məmmədov
Loading the player...