Aşıq sənəti / Aşıq poeziyası / Qoşma
Qoşma
Zəlimxan Yaqub. "VARIYMIŞ"


"Aşıq Hüseyn Saraclı" dastan-romanından parça


Qonaq oldum Tovuz adlı mahala,
Hәr sinәdә min bayatı varıymış.
İndi bildim, bu torpaqda ellәrin
Nә dövranı, nә hәyatı varıymış.


Ağır ellәr ustadıyla öyündü,
Könlü sazın havasıyla döyündü.
Şeirin tacı Bozalqanlı Söyündü,
Şairlikdә әsli-zatı varıymış.


Aşıqları oxuyanda Nәcәfdәn,
Seçilmәdi sözü dürdәn, sәdәfdәn,
Bir kәlmәsi yayınmadı hәdәfdәn,
Hәr sözünün yeddi qatı varıymış.


Yaz elәyib ilin qarlı fәslini,
Sәnәtiylә çox ucaldıb nәslini,
Aşıq Mirzә yandıranda Əslini,
Od-alovun çataçatı varıymış.


“Yurdyeri”ylә dolan yurdu, yuvanı,
Dinlә burda meylin çәkәn havanı.
Özüm gördüm yüz yaşında cavanı,
Xislәtindә polad qarı varıymış.


Ay Zәlimxan, qanadlansın şöhrәtin,
Qoy çox olsun bu torpağa hörmәtin.
Bil ki, burda şeirin, sözün, söhbәtin,
Mirzә kimi bir Xәyyatı varıymış!


İfa edir: Aşıq Ədalət Dəlidağlı
Loading the player...

 

 

 

 
 





Yuxarı