Qoşma
Aşıq Mikayıl Azaflı. "NƏ YAXŞI OLAR"
Təmənna eylərəm, pərvərdigara,
Olmaya zillətin, nə yaxşı olar.
Nə dilək eyləsən yetə yerinə,
Gülə məhəbbətin, nə yaxşı olar.
Bu dünya durduqca cavan olasan,
Həsrəti qəlbindən qovan olasan,
Məclislər qurasan, ozan olasan,
Bir dünya ləzzətin, nə yaxşı olar.
Azaflı, bükülən belim olmaya,
Bükülən bellərə zülüm olmaya,
Ayrılıq, yoxsulluq, ölüm olmaya,
Şən keçə halətin, nə yaxşı olar.
İfa edir: Aşığın nəvələri: Roman və Məhsəti
Loading the player...