Aşıq sənəti / Aşıq poeziyası / Deyişmə
Müxtəlif janrlar
Nəbi Xəzri. "Nar ağacı"


Yenə qumlu sahil, yenə sərin bağ,
Yenə axşam düşüb meynəliklərə.
Burda sevgilimlə neçə il qabaq,
Bir nar çubuğunu basdıqdıq bağa.


Nar ağacı, nar çiçəyi,
Bir ulduzdu hər çiçəyi.


Seyr etdim ağacın doğma yerini,
Bircə çiçək qalıb, hanı çiçəklər?
Onun qızıl rəngli ləçəklərini,
Ya illər tökmüşdür, ya da küləklər.


Nar ağacı, nar çiçəyi,
Döyüb tufan, qar çiçəyi.


Baxıram, qəlbimdə arzu oyanır,
Uzaq xəyallarım alır qəlbimi.
Sanki ay nurunda ulduzlar yanır,
O son nar çiçəyi ilk eşqim kimi.


Nar ağacı, nar çiçəyi,
Hələ yenə var çiçəyi.


"Müxəmməs şədayi" havası. İfa edir: Aşıq Hacalı Hacıyev.
Loading the player...

 

İfa edir: Əvəzxan Xankişiyev
Loading the player...

 

 

 

 
 
 





Yuxarı