Aşıq sənəti / Aşıq poeziyası / Təcnis
Təcnis
Aşıq Ələsgər. "A YƏMƏNDƏDİ"


Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
Sinəmdədi еşqin şirin çеşməsi,
Ləzzəti mеyl еdib ay əməndədi.

Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi –
Onlar da yazdığı, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin, dər salsın,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.


İfa edir: Aşıq Nemət Qasımlı
Loading the player...

 

 

 

 
 
 





Yuxarı