Aşıq sənəti / Aşıq poeziyası / Təcnis
Təcnis
Məmməd İlqar. "A YAĞI BİR BİR"


Qarı dünya, bu nə qovğa, nə qaldı? -
Aman ver, aman ver, a yağı, bir... bir...
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı, bir-bir...


Ha çağırdım - taleyim hey... baxtım hey...
Gah bulanıb, gah durulub axdım, hey...
Yüz gümanla ağ yollara baxdım hey...
Getdi gözlərimin ay ağı, bir-bir...


Məmməd İlqar, dar günündü, seyr elə -
Nə vaxt düşər, bir də belə seyr ələ..?
İnanmazdın - qohum-qardaş seyrələ -
Çəkilə dostların ayağı bir-bir...


İfa edir: Nazim Əsədoğlu
Loading the player...

 

 

 

 
 
 





Yuxarı