Aşıq sənəti / Aşıq poeziyası / Təcnis
Təcnis
Molla Cüma. "YANARAM"


Fərhad kimi cani-sərdən keçmişəm,
Kərəm kimi alışaram, yanaram.
Bir meyvəyəm qədirsizə düşmüşəm,
Ya heyvayam, ya almayam, ya naram

Əlif-beydən mən axtaram bu satdı,
Dost peşmandı, düşmənlərə büsatdı,
Sərt heyvandım, cilovlayıb bu satdı,
Ya pələngəm, ya aslanam, ya naram.

Doqquz ay dolanıb qar qışa düşdü,
Hicranım artdıqca qarğı işə düşdü,
Yəqin Molla Cümə qarğışa düşdü,
İsmi Pünhan məndən sərtdir, yanaram.


Qiraətçi: İlham Əsgərov ("İsmi Pünhan" sənədli filmindən)
Loading the player...

 

 

 

 
 
 





Yuxarı