Aşıq sənəti / Aşıq poeziyası / Deyişmə
Deyişmə
Aşıq Kamandarla Zəlimxan Yaqubun deyişməsi


Aşıq Kamandar:
Bu dünya bir güllü bağdır,
Sən açmasan, mən açmaram.
Söz ətrini bənövşətək,
Sən saçmasan, mən saçmaram.


Zəlimxan Yaqub:

Dünya bülbüllü bir bağdır,
Sən ötməsən, mən ötmərəm.
Bu sehrdən, bu sevdadan,
Sən getməsən, mən getmərəm


Aşıq Kamandar:

Hikmət var, hikmət doludur,
Ulusdan, eldən uludur.
Getdiyimiz Haqq yoludur,
Sən çaşmasan, mən çaşmaram.


Zəlimxan Yaqub:

Biz bir eşqin butasıyıq,
Gülü gülə tutasıyıq
Bir çəməndə bitəsiyik,
Sən bitməsən, mən bitmərəm.


Aşıq Kamandar:

Bu dünya bir güllü bağdır,
Sən açmasan, mən açmaram.
Söz ətrini bənövşətək,
Sən saçmasan, mən saçmaram.


Zəlimxan Yaqub:

Qayalar var, qanan mənəm,
Qalalar var, yanan mənəm,
Səni məndə tapan mənəm,
Sən itməsən, mən itmərəm.


A
şıq Kamandar:
Od törəyər od canından,
Mərd törəyər mərd qanından.
Həqiqətin meydanından,
Sən qaçmasan, mən qaçmaram.


Zəlimxan Yaqub:

Tər çiçək ollam yazına,
Gümüş tel ollam sazına.
Zəlimxanam, murazına,
Sən yetməsən, mən yetmərəm.


Aşıq Kamandar:

Kamandaram, həvəsində,
Yurd-yuvam var nəfəsində.
Ariflərin məclisində,
Sən qoşmasan, mən qoşmaram.


İfa edirlər: Aşıq Ramin Qarayev - Aşıq Əşrəf Qəriboğlu (İTV-nin "Ozan məclisi" verilişindən)
Loading the player...

 

 

 

 
 
 





Yuxarı