Aşıq sənəti / Aşıq poeziyası / Deyişmə
Deyişmə
Tifil Əsəd. "YA MƏNDƏ" (təcnis)


Ala gözlüm dərdə giriftar oldum,
Dərdə dərman, ya səndədir, ya məndə.
Aşıq deyər: ya məndə,
Gözüm qaldı Yaməndə,
Ləl üstündə həmayıl,
İşıq salır Yaməndə.
Dedim: gözəl, məni qoyma Yaməndə,
Dedi: təqsir ya səndədir, ya məndə.


Eşq ucundan mən də oldum ya dəli,
Görən deyər: ya divanə, ya dəli.
Aşıq deyər: ya dəli,
Ya divanə, ya dəli,
Şirin candan keçərəm,
Yara dəysə yad əli.
Dedim: gözəl, səndə tutsam yad əli,
Onda ölüm ya səndədir, ya məndə.


Görən olmaz mənim kimi yananı,
Nə keçirər, eşq oduna yananı?
Aşıq deyər: yananı,
Yandırmayın, yananı!
Mərd igidlər gözləyər,
Ya süfrəni, ya nanı.
Kim görübdü Əsəd kimi yananı,
Eşq atəşi ya səndədir, ya məndə.


Aşıq Ələsgər. "DAL-DALA" (təcnis)


İsmin üç hərf еylərəm bəyan:
“Mim”di, “nun”du, “sin” yazılıb dal-dala.
Mən aşığam dal-dala,
Bayqu gəzər daldala.
Açılıb yaxan bəndi,
Çək, turuncun daldala!
Sədrin üstə şux məmələr görünür,
Bədnəzərdən pünhan еlə, daldala!


Sürmə çək qaşına nə qara yaxşı,
Ağ üstdən yazıla nə qara yaxşı.
Mən aşığam nə qara,
Gözlərindi nə qara.
Həsrətindən Məcnunam,
Günüm olub nə qara.
Saçların görəndə nə qara,yaxşı!
On dörd hörük çin-çin düşüb dal, dala.


Ələsgərəm, mən də nişana qoydum,
Təmiz ad saxladım, nişana qoydum.
Mən aşığam nişana,
Zülf üzündə nişana.
Sinəmə dağ çəkilib,
Qaldı еlə nişana.
Sərimi qarşına nişana qoydum,
Əsirgəmə, at oxların dal-dala.


İfa edirlər: Aşıq Kamandar və Zəlimxan Yaqub
Loading the player...

 

 

 

 
 
 





Yuxarı