Aşıq sənəti / Aşıq poeziyası / Divani
Divani
Dirili Qurbani. "OLA"


Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
Getmişidim mürşidimə dərdimə dəva qıla,
Mən nə bilim, mən gəlincə xakilə yeksan ola.

O şahın kəlmeyi-kəlamın zikr etmək gərək,
Tabutu sərv ağacından, kəfəni yarpaq gərək,
Tez yuyun, tez götürün ki, mənziləçatmaq gərək,
Bar-ilahim, necə qıydın, bir belə cavan ölə!

Ey könlüm, geygilən qarayı, xəndan eyləmə!
Bar-ilahi, böyük xanədanı viran eyləmə!
Haqq-taaladan səda gəldi: Qurbani, çox qəm yemə!
Heç ola bilməz xanədani-Şəfi viran ola!



"Baş divani" havası. İfa edir: Kamandar Əfəndiyev
Loading the player...

 

 

 

 
 
 





Yuxarı