Aşıq sənəti / Aşıq poeziyası / Bayatı
Bayatı
Aşıq Mirzə Bilal. "BAYATILAR"


Yağış yağar Şirvana ,
Gün doğar hər bir yana,
O deyilmi yar gəlir,
Şam kimi yana-yana.


Şirvan çiçəkdi-güldü,
Yağış yağdı, kəsildi,
Yarım yola çıxacaq,
Hələ gülüzəndədi.


Gəl dayanaq yan-yana,
Oxuyaq qana-qana,
Açıq söz qəlbi qırar,
Keçmə həcvü-hədyana.


Yetirdim yara zəndi,
Gülün bağrı zədəndi ,
Sən gülsən, mənsə bülbül,
Bülbül ki gül üzəndi.


Çək mizrabı sazına,
Simlər, qoy, gəlsin cana,
Görən cavab verərmi,
Səsinə-avazına.


Xanım xalın dən-dəndi,
Pərişanlıq nədəndi,
Səsin ağlım apardı,
Sözlərinsə üzdəndi.


Sənəm  qəsd edər cana,
Dost yolunda qurbana,
Tale qismət edəydi,
Bir gələydim Şirvana.


Bilal əhli-düzdəndi,
Şirvan gülü bizdəndi,
Sən Qəşədə qədəm qoy,
Qulluq etmək bizdəndi.


Qiraətçilər: Vəfa Rzayeva və Elnar Qarayev
Loading the player...

 

 






Yuxarı