Əliağa Vahid.
"Bilməm, bu nazənin"
Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarların bəxtiyarıdır!
Açdıqca gül cəmalını, ellər fərəhlənir,
Guya, gözəllik aləminin novbaharıdır.
Dünya buna zənin mələkin həsrətin çəkir,
Xəlqin sevimli afəti, həm şəhriyarıdır.
Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim odlar diyarıdır.
Bir vaxt səcdəgah idi atəşpərəstlərə,
Şəhri-Səbaki, mərkəzi dərya kənarıdır.
Qan etmə, saqi, bağrımızı, badə tez gətir,
Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır.
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri,
Bilmir ki, sevgi aləmi biixtiyarıdır.
Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər:
- Biçarə Vahidin bu qəzəl yadigarıdır.

Şairin öz ifasında.(VİDEO)
Loading the player...