Əliağa Vahid.
"Gəlməsə üstümə yarım"
Gəlməsə üstümə yarım mən öləndən sonra,
Tutmaz aram məzarım mən öləndən sonra.
Hansı gülçöhrəni məşhuri-cahan eyləmədim,
Qoy desin şanlı diyarım mən öləndən sonra.
Gördüyüm hər gözəli şövq ilə təsvir elədim,
Sən də xatırla, nigarım, mən öləndən sonra.
Vətənə, xalqa, çalışdım əbədi xidmət edəm,
Solmasın bağu-baharım mən öləndən sonra.
Aşiqəm sənətə, şerə və gözəl musiqiyə,
Dillən ey sevgili tarım, mən öləndən sonra.
Vahidəm, qaldı sözüm, dəhrdə bir dürr kimi,
Yaşayar eldə şüarım, mən öləndən sonra.

İfa edir: Zeynəb Xanlarova,
Qiraətçi: Əliabbas Qədirov
(AUDİO)
Loading the player...
Qiraətçi: Nadir Hüseynov (VİDEO)
Loading the player...