Əliağa Vahid.
"Dedi ol yar mənə"
Dedi ol yar mənə: dəftərimiz evdə qalıb,
Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
Naz ilə, qaş göz ilə can alırıq aşiqdən,
Ev yıxan, qan axıdan xəncərimiz evdə qalıb.
Bu gözəlliklə ki, biz naz ilə min can alırıq,
Hələ bizdən də gözəl dilbərimiz evdə qalıb.
Çeşmi-cadumuza heyran olan aşiq çoxdur,
Fitnələr yağdıran afətlərimiz evdə qalıb.
Biz əsir eyləmişik zülf ilə biçarələri,
Neçə Məcnuni-vəfa pərvərimiz evdə qalıb.
Şeyx Sən'an kimi aşiqləri yoldan çıxaran
Dinü dil qarət edən kafərimiz evdə qalıb.
Hələ mən Vahidiyəm Azərbaycanımızın,
Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.

Qiraətçi: Almaz Amanova(VİDEO)
Loading the player...