Əliağa Vahid.
"Sevgilim! Seyri-gülüstan yaxşıdır, sən yaxşısan?"
Sevgilim! Seyri-gülüstan yaxşıdır, sən yaxşısan?
Aşiqinçün başqa canan yaxşıdır, sən yaxşısan?
Min mənim tək aşiqi heyrətdə qoymuş gözlərin,
Sevgilim, bir söylə ceyran yaxşıdır, sən yaxşısan?
Bir dönüb baxmaqla tez aldın, apardın könlümü,
Ovlayıb çalmaqda tərlan yaxşıdır, sən yaxşısan?
Göy üzün ay rövşən etmiş, hüsn ilə sən yer üzün,
Nazəninim, mahi-taban yaxşıdır, sən yaxşısan?
Sən kimi canan üçün candan keçən bir aşiqə,
Ey gözəllik tanrısı, can yaxşıdır, sən yaxşısan?
Səndə varkən nazilə gülmək, danışmaq incəlik,
Lütfdə gül bərgi-xəndan yaxşıdır, sən yaxşısan?
Məclisin xəlvət, nigarın saqi, Vahid, əldə mey,
Gör bu xoş aləmdə sultan yaxşıdır, sən yaxşısan?..

Qiraətçi: Həsən Turabov
(AUDİO)
Loading the player...
Qiraətçi: Nadir Hüseynov (VİDEO)
Loading the player...