Əliağa Vahid.
"El düşdü bütün heyrətə"
El düşdü bütün heyrətə divanəliyimdən,
Sirrin demədim bir kəsə mərdanəliyimdən.
Xakistəri-eşqəm, mənə təhqir ilə baxma,
Min gənc çıxar zahirə viranəliyimdən.
Məcnun kimi mən barigəhi-eşqi bəyəndim,
Keçdim bu təmənna ilə şahanəliyimdən.
Məxmur gözün fikri ilə badə çox içdim,
Bir kimsə zərər görmədi, məstanəliyimdən.
Hər laləxürün şəm kimi eşqinə yandım,
Bir ləhzə xəbər tutmadı pərvanəliyimdən.
Divaneyi-eşq olmağa hər kim həvəs etsə,
Əvvəlcə gərək dərs ala, rindanəliyimdən.
Vahid, mən o xakəm yenə meyxanədə bir gün,
Bir zövq yetər, aləmə peymanəliyimdən.

İfa edir: Mənsum İbrahimov (VIDEO)
Loading the player...