Muğam sənəti / Muğam və poeziya /  Əliağa Vahid. "Biz xərabət əhliyik"
 Əliağa Vahid. "Biz xərabət əhliyik"
Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi, qəmdən nə qorxaq kim, Səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.

Pirimiz piri-muğandır, xadimi-meyxanəyik,
Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.

İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa, min-min məclisi-məstanələrdən çıxmışıq.

Biü şüanın zərrəsindəndir, fəqət rəng özgədir,
Deyrilərdən məscidi-viranələrdən çıxmışıq.

Qədrü-qiymətsiz bizi zənn etmə, Vahid, arif ol!
Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.

 

İfa edir: Alim Qasımov (AUDİO)
Loading the player...

 

 

 





Yuxarı