Muğam sənəti / Muğam və poeziya / Abbas Səhhət. "Oğlum üçün"
 Abbas Səhhət "Oğlum üçün"
Mələkim, yavrucuğum, şükr edirəm Allaha,
Rəhm edib sən kimi nemət mənə əhsan etdi.
Qılıram səcdə müdamic zilə ol dərgaha–
Ki, həyatınla bu gün könlümü xəndan etdi.
Mən səninlə sevərəm ömrü, həyatı, canı,
Mən səninlə görürəm indi geniş dünyanı.

Səni çoxdan arayıb həsrətilə bəklərdim,
Sənsiz afaq qaranlıq görünürdü gözümə.
Səndən ötrü, çox uzun illəri diinlərdim,
Qəmlərim yox oluyor, sən gülərkən üzümə.
Mən səninlə sevərəm ömrü, həyatı, canı,
Mən səninlə görürəm indi geniş dünyanı.

 

(VİDEO) Qiraətçi: Cəvahir Qaraqızı
Loading the player...

 

 

 





Yuxarı