Muğam sənəti / Muğam və poeziya / Abbas Səhhət. "Vəqta ki, keçər"
 Abbas Səhhət "Vəqta ki, keçər"
Vəqta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxlaqi-həqiqət,
Elm ilə ziyalanar bu millət,
Qalxar bu təəssübü cəhalət,
Surət hamı ruh olar, məani,
Aləm hamı eşq olar, məhəbbət,
Ey dərk edən ol gözəl zəmani,
Qıllam sənə iştə bir vəsiyyət!
Yad et məni, qaibanə yad et!

Vəqta ki, gələr o şanlı əyyam,
Olmaz günə əbri-tirə hail
Hər yerdə olar güruhi-islam,
Qanuni-təkamül ilə kamil.
Bir fəcri-həyat bizi-ürfan,
Saçdıqca cahana nuri-hikmət,
Bir çöhreyi-xəndərizü şadan –
Verdikcə cahaniyanə nəzhət,
Yad et məni, arifanə yad et!

Vəqta ki, qaçar səhabi-övham,
Bir dadlı üfiq olar namyan.
Xurşidi həq eylər ərzi-əndam,
Məsud yaşar ümum insan.
Baxdıqca cəvanibü nəvahi
Behcətdə olar riyazi-cənnət.
Rövşən olar etila səbahi,
Payanə yetər bu qəm, bu möhnət.
Yad et məni, sadiqanə yad et!

Vəqta olar ittihadi-ara,
Qalxar bu təanüdü təxəllüf.
İslam olar elmü fənnə dara,
Mazisinə eyləyər təəssüf.
Bir ləhzə məni təxəttür eylə,
Olduqca qədəmgüzari-izzət.
Bədbəxtliyimi təsəvvür eylə -
Kim, öldüm, ürəkdə qaldı həsrət,
Yad et məni, dustanə yad et!

Vəqta ki, yetər zəmai-hazir,
Gül tək açılar tutuq ürəklər,
Torpaqda yatar bu qəmli şair,
Qəbrində çıxar soluq çiçəklər.
Vatində olar o halə nazir,
Həsrətlə bu dağidari-firqət.
Bax millətə, eylə sən təfaxür,
Amma ki, bəxatiri-üxüvvət.
Yad et məni, aşiqanə yad et!

 

Qiraətçi: Şövqi Hüseynov ("Abbas Səhhət" filmindən) (AUDİO)
Loading the player...

 

 

 





Yuxarı