Bəxtiyar Vahabzadə.
"Nədən oldu"
Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?
Qızılgüləm dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən.
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən.
Yandı ürək kabab oldu,
Gül bağçamda xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?
Yaranmışıq məhəbbətdən,
Alovlanıb yanıram mən.
Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu.
Öz eşqimdən diləyimlə,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?
Qızılgüləm dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən.
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən.
Yandı ürək kabab oldu,
Gül bağçamda xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?
Yaranmışıq məhəbbətdən,
Alovlanıb yanıram mən.
Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu.
Öz eşqimdən diləyimlə,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!
İfa edir: Abgül Mirzəliyev (AUDİO)
Loading the player...
İfa edir: Rübabə Muradova.(VİDEO)
Loading the player...