Bəxtiyar Vahabzadə.
Şur ("Muğam" poemasından)
Varaqlama o tarixi,
İki qəlbin həsrətini
Varaqlarda döyündürən
Bir maraqlı roman kimi.
Dinlə Şuru
Öz qəlbini sənə açan,
Hər kəlməsi alov saçan
Tarix yaşlı baban kimi,
Gözüyaşlı anan kimi.
Tüstüsünə aman elə,
Oduna yan.
Dayan, düşün,
Düşün, dayan.
Dinlə onu.
Hər guşəsi
Quş qonmayan qayalardan daş tərpədər,
Kirpiklərdə yaş tərpədər.
Mahnılar var, ayaqları,
Muğamlarsa baş tərpədər.
Bu dünyanın
Ağrısını,
Acısını
Duydunmu sən?
Duymadınsa,
Bir çiçək də dərəmməzsən
Sən bu hikmət çəmənindən.
Dayan, basma ayağını
Bu çəmənə.
O, sirrini açmaz sənə.
Əvvəl öyrən, bu vətənə
Hardan,
Hansı külək əsib?
Qara yellər dilləndirən
Bir qarğıdan
Kim, nə zaman,
Nədən ötrü tütək kəsib?
Şur nə deyir, nə danışır narın-narın?
Öyrən, nə vaxt qaynağına daş atılıb
Dağlardakı bulaqların?
Öyrən, nə vaxt aparıbdır
Sel Saranı?
Kim salıbdır dildən-dilə
Bu dəhşətli macəranı?
Niyə kəsdi sel aranı,
Həsrət qoydu o tərəfə
Xançobanı?
Öyrən, niyə Xəstə Qasım
Birdən belə sayru düşüb?
Kərəm niyə
Əslisindən ayrı düşüb?
Ədalətin şərbətinə
İlk dəfə kim zəhər qatdı?
Keşişləri, Həmzələri
Kim yaratdı,
Nə yaratdı?
Koroğlunun nərəsinə,
haqq səsinə
Yer gurladı,
Göy gurladı.
Dünən onun qapısında boyun bükən
Bu gün necə oğurladı
Mərd kişinin Qıratını?
Nənəm Nigar, bəlkə, onda
Çağırıb ilk bayatını?
Qobustanda rəqs eləyən
Qayalara, daşlara bax.
Təbiətin öz əliylə
Çarpalanan çapıq-çapıq qaşlara bax.
Cəngi səsi
Birləşdirir göyu, yeri.
Bəlkə, elə burdan gəlir
Muğamların ilk rəngləri,
Təsnifləri, ritmləri..
Cəngi səsi...
Gumbuldayır nağaralar,
Ağız açır mağaralar,
Qan sıçrayır beyinlərə,
Qollar keçir çiyinlərə:
"Hoydu, hoydu, dəlilərim,
Yeriyin meydan üstünə.
Havadakı şahin kimi
Tökülün al qan üstünə..."
"...Uca-uca dağ başında
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində
Dil bir yana, diş bir yana...
Çəkəndə Misri qılıncı
Leş bir yana, baş bir yana".
Cəngi deyir:
- Düşmən gəlir, keç irəli!
Yallı gedir.
Bayandurun, Koroğlunun dəliləri...
Burda oxu,
Sinələri nəğmələşən
Hər qayanı,
Hər sal daşı.
Təbiətin ruhundadır
Bu uyarlıq, bu nəğməlik.
Təbiətin özü çalır "qaval daş"ı.
Qayadakı sərtliyə bax,
Cəngidəki mərdliyə bax.
Əllər süzür incə-incə,
Ayaqlarsa, yeyin-yeyin.
Yallı da bir vəhdətidir
O sərtliklə bu mərdliyin...
Cəngi səsi
Birləşdirir göyü, yeri...
Bəlkə, elə burdan gəlir
Muğamların ilk rəngləri,
Təsnifləri, ritmləri?
Bu rənglərdə, nəğmələrdə
Saxlayıbdır muğamlar da
Saflığını, özlüyünü -
Qanadında qürur, vüqar,
Cövhərində qəm düyünü...
O düşünür, düşündürür.
Gah yandırır, gah söndürür.
Xallardakı xəyallarla, fikirlərlə
Yox, boşalmır,
Ürək dolur.
Böyük qəmin, böyük dərdin
Vüqarı da böyük olur.
Aydan arı, sudan belə durum mənim,
Ay yanıqlı Şurum mənim.
İstərəm ki, əlvan-əlvan çiçək olub
Dolaşdığın pərdələrə
Mən səpiləm.
"Uca dağlar" başındakı
"Azərbaycan maralı"nın
Gözündəki "Qara giləm"...
Nənələrin toxuduğu
Xalıların xanasında xanalandın
xınalandın.
Göygölümün ləpəsində sonalandın.
Sevgililər dodağında
Yanıb söndün,
Sönüb yandın:
"Dəryada gəmim qaldı,
Biçmədim zəmim qaldı,
Çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı..."
Novruz ötüb, yazbaşıdır,
Bu nə səsdir?
Göydə topa buludları
Bir-biriylə güləşməsi,
Dağlardakı qar üstünə
Xal düşməsi,
Dərələrdə suya dönüb
Gülüşməsi,
Marxallarda qar uçqunu
Yazla qişın savaşıdır,
Novruz ötüb... Yazbaşıdır...
Sellər, sular aşıb-daşır,
Bir-birilə qucaqlaşır.
Qayaların qabağında
O əyilir, o burulur.
Təpələrdən səpələnir
toz-toz olur.
Yaylaqları gəzə-gəzə,
Dəyir daşa, enir düzə
Ağacların budağına
Düymələri düzə-düzə...
Daşır, coşur,
Yollar boyu nəğmə qoşur:
"Qəhrəman"ı qayalarda şaqqıldayıb
qəhərlənir,
Saz üstündə pöhrələnir.
Çəmənlərə nəğməsini yaza-yaza,
Gəlib çatır
Araz Kürə, Kür Araza.
Hər ikisi dağın qarı,
Dağın barı.
Qovuşanda
Ağ ləpələr rəqs eləyir:
Arazbarı, Arazbarı!
Bu duyğular fışqırtısı,
Təlatümlər, qaynamalar,
Sığışmadı bir yatağa,
Budaqlandı sola, sağa.
Bir fəsildə neçə kərə
Dəyişdirdi öz yönünü,
öz yolunu.
Zaman keçdi,
Bir məcraya sığışdırıb
Tanıtdırdı bu dünyaya
Bizim sənət bahadırı - Fikrət onu...
Çoxdan unudulmuş, yeri qalmış yaradır Şur,
Birdən yada düşmüş bir ötən macaradır Şur.
Bir arifin hikmət dolu söz-söhbəti, eşqi,
Heyrətdən ağıl mülkünə bir pəncərədir Şur.
Fikrin nə qədər yolları, mənzilləri varmış,
Üstündə cığırlar açılan bir dərədir Şur.
Dağlar başı ağ, çölləri al, döşləri əlvan,
Hər pərdəsi bir rəngə çalan mənzərədir Şur.
Qürbətdə Vətən həsrəti, yurdunda bir anlıq,
Yaddaşda yanıb, tez də sönən xatirədir Şur.
Çox qürrələnir Bəxtiyar öz şeirinə hərdən,
Guya deyəcəkmiş bizə şeirilə, nədir Şur?!
Bəlkə
Bir quş ötür budağında
Bu nəğmənin laylasına
Çəmən, çayır mürgüləyir.
Naləsilə yazıq bizə
Nəsə deyir,
Nəsə deyir...
"Cik-cik", "cik-cik"...
Bilirikmi dediyini?
-Yox, bilmirik, biz bilmirik.
Quş dilini bilmiriksə,
Günahkarmı o quşcuğaz?
Səbrini bas,
Ləhcəsinə, naləsinə,
Dilindəki qəm səsinə
Qulağınla qulaq asma,
Ürəyinlə sən qulaq as.
O nalənin atəşində
Öz qəlbini oda yaxsan,
Mətləbini bilməsən də,
Ürəyini duyacaqsan.
Tar da elə...
O sızlayır için-için.
İçindədir hər mətləbi,
Naləsidir eşitdiyin.
O quş kimi
Tarın da öz ləhcəsi var, öz dili var.
Mətləbinin axırı var, əvvəli var.
Əvvəl öyrən sən bu dilin
Nöqtəsini,
Vergülünü.
Ayıra bil
Dağ gülündən
Bağ gülünü.
Ayıra bil
Ocaqdakı od külündən
Sinədəki dağ külünü.
Bu dünyanın ağrıları, acıları
Necə sığır Çahargahın
Bəstənigar pərdəsinə?
Dağlara çıx, diqqət elə
Qayalarda yumalanan
Daş səsinə,
Öz səsinə
Səs axtaran quş səsinə...
O səsdəki
Qırıq-qırıq hıçqırıqlar nə nalədir?
Qırqovulun döşündəki rənglər nədir?
O rənglərdə muğamdakı
Əlvan-əlvan pərdələri,
Pırıl-pırıl səsləri gör.
O düşünür,
Həm də bizi düşündürür.
Ney üstündə yeddi səsin,
Oyuq-oyuq yuvaları,
Nədir belə?
Bəlkə elə
Balaları perik düşən
Qaratoyuq yuvaları?
Səslər, qırıq bir arzunun can səsimi?
Yuvaları dağıdılmış
Çolpaların naləsimi?
Qayalardan sızan suyun,
Dərələrdə azan suyun
Səslərini
Bir-birindən ayıra bil.
O, bir deyil, yox bir deyil.
Addım-addım, nəfəs-nəfəs
Dağı dolan, dərəni gəz,
Bax hər yerin çiçəyinə
Bil dağların çiçəyi nə,
Dərələrin çiçəyi nə?
Çiçəklərin öz rəngində, öz ətrində
Nəğmədəki səsləri gör, xalları gör —
Enib qalxan keçidləri,
Cığırları, yolları gör.
Dağa gedən cığırlarda
Qarşına bax, dünyanı gör.
Sığırçının belindəki
Arşına bax, dünyanı gör
Bəlkə o da bizim kimi
Ölçmək istər bu dünyanı?
Bircə qarış yer üstündə
Bizə göstər bu dünyanı...
Söz var, qəlbə yol açmayan
adi bir səs, quru nəfəs.
Səs də var ki,
Sözün deyə bilmədiyi sözü deyir.
Elə səsin özü şeir, sözü şeir.
Söz - qəlbdəki bir mətləbin
Öz səsidir...
Nəğmə - səsin şeyriyyəti,
Şeir sözün nəğməsidir.
Bəlkə... Muğam bir nağıldır, əfsanədir.
Bilək, onun bu dünyaya sözü nədir, qəsdi
nədir?
Nağıllarda bir göyərçin
Bir qəribi şah elədi.
Əfsanəyə görə, sığırçının belindəki ağ xətt bir arşındır.
Bu dünyanın kələ-kötür işlərini
rəndələdi...
Ötənlərin dərdlərinə dola-dola
İnanaqmı bu nağıla?
Bu arzudur, bu diləkdir.
El deyir ki, arzularım
Gələcəkdir,
Güləcəkdir...
Bəlkə, düzgün böləmmədik
Biz o zaman
Göydən düşən üç almanı?
Bilək, niyə şüşədədir
Divin canı?..
Niyə, niyə gözləyib el
"O sahibi-əzzamanı?"
Bəlkə, muğam bir gözləyiş,
Bir həsrətdir?
Əl var ikən, qol var ikən,
Baş var ikən, diş var ikən,
Bu gözləmə müsibətdir.
Canavarın aldatdığı Şəngülümün,
Şüngülümün
Qanı, bəlkə, düşüb tarın kök siminə?
Muğamdakı hıçqırıqlar
Üsyan edir, bəlkə, divin tilsiminə?
Ürəyinin tellərindən
Tellər çəkib tara xalqın.
O tellərin nəğməsində
Öz ruhunu, öz qəlbini ara xalqın.
Tanımaqmı istəyirsən
Görmədiyin bir xalqı sən?
Əvvəl onun nəğməsinə sən qulaq as,
Onu öyrən.
Öz sözünü, sorğusunu
Xəyalını, duyğusunu
Xalq yaşadır nəğməsində.
Tarixin bir dövrü yatır
Bir bəmdəki "ah" səsində.
Çahargahın Müxalifi
"Çaldıranda"
at saldıran,
Qılınclardan od aldıran
Döyüş səsi...
Çahargahın Cövhərisi
Kol dibində
Qar altından
Çıxan tənha bənövşənin üşüməsi –
Qılınc səsi, qalxan səsi,
Bənövşənin üşüməsi.
Biri hünər,
O birisi göz yaşıdır.
O sərtliklə bu incəlik
Bir muğamda yanaşıdır..,
Dinlə tarı, dinlə neyi.
O - keçmişdən
Asta-asta söhbət açan
Səs muzeyi...
O - şöhrətli, şanlı muzey.
O - danışan, həm də bizi danışdıran
Canlı muzey.
Gah səsində göy gurlayır,
Gah inləyir həzin-həzin.
Həm babamın yaşıdıdır,
Həm nəvəmin.
İki qəlbin həsrətini
Varaqlarda döyündürən
Bir maraqlı roman kimi.
Dinlə Şuru
Öz qəlbini sənə açan,
Hər kəlməsi alov saçan
Tarix yaşlı baban kimi,
Gözüyaşlı anan kimi.
Tüstüsünə aman elə,
Oduna yan.
Dayan, düşün,
Düşün, dayan.
Dinlə onu.
Hər guşəsi
Quş qonmayan qayalardan daş tərpədər,
Kirpiklərdə yaş tərpədər.
Mahnılar var, ayaqları,
Muğamlarsa baş tərpədər.
Bu dünyanın
Ağrısını,
Acısını
Duydunmu sən?
Duymadınsa,
Bir çiçək də dərəmməzsən
Sən bu hikmət çəmənindən.
Dayan, basma ayağını
Bu çəmənə.
O, sirrini açmaz sənə.
Əvvəl öyrən, bu vətənə
Hardan,
Hansı külək əsib?
Qara yellər dilləndirən
Bir qarğıdan
Kim, nə zaman,
Nədən ötrü tütək kəsib?
Şur nə deyir, nə danışır narın-narın?
Öyrən, nə vaxt qaynağına daş atılıb
Dağlardakı bulaqların?
Öyrən, nə vaxt aparıbdır
Sel Saranı?
Kim salıbdır dildən-dilə
Bu dəhşətli macəranı?
Niyə kəsdi sel aranı,
Həsrət qoydu o tərəfə
Xançobanı?
Öyrən, niyə Xəstə Qasım
Birdən belə sayru düşüb?
Kərəm niyə
Əslisindən ayrı düşüb?
Ədalətin şərbətinə
İlk dəfə kim zəhər qatdı?
Keşişləri, Həmzələri
Kim yaratdı,
Nə yaratdı?
Koroğlunun nərəsinə,
haqq səsinə
Yer gurladı,
Göy gurladı.
Dünən onun qapısında boyun bükən
Bu gün necə oğurladı
Mərd kişinin Qıratını?
Nənəm Nigar, bəlkə, onda
Çağırıb ilk bayatını?
Qobustanda rəqs eləyən
Qayalara, daşlara bax.
Təbiətin öz əliylə
Çarpalanan çapıq-çapıq qaşlara bax.
Cəngi səsi
Birləşdirir göyu, yeri.
Bəlkə, elə burdan gəlir
Muğamların ilk rəngləri,
Təsnifləri, ritmləri..
Cəngi səsi...
Gumbuldayır nağaralar,
Ağız açır mağaralar,
Qan sıçrayır beyinlərə,
Qollar keçir çiyinlərə:
"Hoydu, hoydu, dəlilərim,
Yeriyin meydan üstünə.
Havadakı şahin kimi
Tökülün al qan üstünə..."
"...Uca-uca dağ başında
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində
Dil bir yana, diş bir yana...
Çəkəndə Misri qılıncı
Leş bir yana, baş bir yana".
Cəngi deyir:
- Düşmən gəlir, keç irəli!
Yallı gedir.
Bayandurun, Koroğlunun dəliləri...
Burda oxu,
Sinələri nəğmələşən
Hər qayanı,
Hər sal daşı.
Təbiətin ruhundadır
Bu uyarlıq, bu nəğməlik.
Təbiətin özü çalır "qaval daş"ı.
Qayadakı sərtliyə bax,
Cəngidəki mərdliyə bax.
Əllər süzür incə-incə,
Ayaqlarsa, yeyin-yeyin.
Yallı da bir vəhdətidir
O sərtliklə bu mərdliyin...
Cəngi səsi
Birləşdirir göyü, yeri...
Bəlkə, elə burdan gəlir
Muğamların ilk rəngləri,
Təsnifləri, ritmləri?
Bu rənglərdə, nəğmələrdə
Saxlayıbdır muğamlar da
Saflığını, özlüyünü -
Qanadında qürur, vüqar,
Cövhərində qəm düyünü...
O düşünür, düşündürür.
Gah yandırır, gah söndürür.
Xallardakı xəyallarla, fikirlərlə
Yox, boşalmır,
Ürək dolur.
Böyük qəmin, böyük dərdin
Vüqarı da böyük olur.
Aydan arı, sudan belə durum mənim,
Ay yanıqlı Şurum mənim.
İstərəm ki, əlvan-əlvan çiçək olub
Dolaşdığın pərdələrə
Mən səpiləm.
"Uca dağlar" başındakı
"Azərbaycan maralı"nın
Gözündəki "Qara giləm"...
Nənələrin toxuduğu
Xalıların xanasında xanalandın
xınalandın.
Göygölümün ləpəsində sonalandın.
Sevgililər dodağında
Yanıb söndün,
Sönüb yandın:
"Dəryada gəmim qaldı,
Biçmədim zəmim qaldı,
Çox çəkdim yar cəfasın,
Mənə də qəmim qaldı..."
Novruz ötüb, yazbaşıdır,
Bu nə səsdir?
Göydə topa buludları
Bir-biriylə güləşməsi,
Dağlardakı qar üstünə
Xal düşməsi,
Dərələrdə suya dönüb
Gülüşməsi,
Marxallarda qar uçqunu
Yazla qişın savaşıdır,
Novruz ötüb... Yazbaşıdır...
Sellər, sular aşıb-daşır,
Bir-birilə qucaqlaşır.
Qayaların qabağında
O əyilir, o burulur.
Təpələrdən səpələnir
toz-toz olur.
Yaylaqları gəzə-gəzə,
Dəyir daşa, enir düzə
Ağacların budağına
Düymələri düzə-düzə...
Daşır, coşur,
Yollar boyu nəğmə qoşur:
"Qəhrəman"ı qayalarda şaqqıldayıb
qəhərlənir,
Saz üstündə pöhrələnir.
Çəmənlərə nəğməsini yaza-yaza,
Gəlib çatır
Araz Kürə, Kür Araza.
Hər ikisi dağın qarı,
Dağın barı.
Qovuşanda
Ağ ləpələr rəqs eləyir:
Arazbarı, Arazbarı!
Bu duyğular fışqırtısı,
Təlatümlər, qaynamalar,
Sığışmadı bir yatağa,
Budaqlandı sola, sağa.
Bir fəsildə neçə kərə
Dəyişdirdi öz yönünü,
öz yolunu.
Zaman keçdi,
Bir məcraya sığışdırıb
Tanıtdırdı bu dünyaya
Bizim sənət bahadırı - Fikrət onu...
Çoxdan unudulmuş, yeri qalmış yaradır Şur,
Birdən yada düşmüş bir ötən macaradır Şur.
Bir arifin hikmət dolu söz-söhbəti, eşqi,
Heyrətdən ağıl mülkünə bir pəncərədir Şur.
Fikrin nə qədər yolları, mənzilləri varmış,
Üstündə cığırlar açılan bir dərədir Şur.
Dağlar başı ağ, çölləri al, döşləri əlvan,
Hər pərdəsi bir rəngə çalan mənzərədir Şur.
Qürbətdə Vətən həsrəti, yurdunda bir anlıq,
Yaddaşda yanıb, tez də sönən xatirədir Şur.
Çox qürrələnir Bəxtiyar öz şeirinə hərdən,
Guya deyəcəkmiş bizə şeirilə, nədir Şur?!
Bəlkə
Bir quş ötür budağında
Bu nəğmənin laylasına
Çəmən, çayır mürgüləyir.
Naləsilə yazıq bizə
Nəsə deyir,
Nəsə deyir...
"Cik-cik", "cik-cik"...
Bilirikmi dediyini?
-Yox, bilmirik, biz bilmirik.
Quş dilini bilmiriksə,
Günahkarmı o quşcuğaz?
Səbrini bas,
Ləhcəsinə, naləsinə,
Dilindəki qəm səsinə
Qulağınla qulaq asma,
Ürəyinlə sən qulaq as.
O nalənin atəşində
Öz qəlbini oda yaxsan,
Mətləbini bilməsən də,
Ürəyini duyacaqsan.
Tar da elə...
O sızlayır için-için.
İçindədir hər mətləbi,
Naləsidir eşitdiyin.
O quş kimi
Tarın da öz ləhcəsi var, öz dili var.
Mətləbinin axırı var, əvvəli var.
Əvvəl öyrən sən bu dilin
Nöqtəsini,
Vergülünü.
Ayıra bil
Dağ gülündən
Bağ gülünü.
Ayıra bil
Ocaqdakı od külündən
Sinədəki dağ külünü.
Bu dünyanın ağrıları, acıları
Necə sığır Çahargahın
Bəstənigar pərdəsinə?
Dağlara çıx, diqqət elə
Qayalarda yumalanan
Daş səsinə,
Öz səsinə
Səs axtaran quş səsinə...
O səsdəki
Qırıq-qırıq hıçqırıqlar nə nalədir?
Qırqovulun döşündəki rənglər nədir?
O rənglərdə muğamdakı
Əlvan-əlvan pərdələri,
Pırıl-pırıl səsləri gör.
O düşünür,
Həm də bizi düşündürür.
Ney üstündə yeddi səsin,
Oyuq-oyuq yuvaları,
Nədir belə?
Bəlkə elə
Balaları perik düşən
Qaratoyuq yuvaları?
Səslər, qırıq bir arzunun can səsimi?
Yuvaları dağıdılmış
Çolpaların naləsimi?
Qayalardan sızan suyun,
Dərələrdə azan suyun
Səslərini
Bir-birindən ayıra bil.
O, bir deyil, yox bir deyil.
Addım-addım, nəfəs-nəfəs
Dağı dolan, dərəni gəz,
Bax hər yerin çiçəyinə
Bil dağların çiçəyi nə,
Dərələrin çiçəyi nə?
Çiçəklərin öz rəngində, öz ətrində
Nəğmədəki səsləri gör, xalları gör —
Enib qalxan keçidləri,
Cığırları, yolları gör.
Dağa gedən cığırlarda
Qarşına bax, dünyanı gör.
Sığırçının belindəki
Arşına bax, dünyanı gör
Bəlkə o da bizim kimi
Ölçmək istər bu dünyanı?
Bircə qarış yer üstündə
Bizə göstər bu dünyanı...
Söz var, qəlbə yol açmayan
adi bir səs, quru nəfəs.
Səs də var ki,
Sözün deyə bilmədiyi sözü deyir.
Elə səsin özü şeir, sözü şeir.
Söz - qəlbdəki bir mətləbin
Öz səsidir...
Nəğmə - səsin şeyriyyəti,
Şeir sözün nəğməsidir.
Bəlkə... Muğam bir nağıldır, əfsanədir.
Bilək, onun bu dünyaya sözü nədir, qəsdi
nədir?
Nağıllarda bir göyərçin
Bir qəribi şah elədi.
Əfsanəyə görə, sığırçının belindəki ağ xətt bir arşındır.
Bu dünyanın kələ-kötür işlərini
rəndələdi...
Ötənlərin dərdlərinə dola-dola
İnanaqmı bu nağıla?
Bu arzudur, bu diləkdir.
El deyir ki, arzularım
Gələcəkdir,
Güləcəkdir...
Bəlkə, düzgün böləmmədik
Biz o zaman
Göydən düşən üç almanı?
Bilək, niyə şüşədədir
Divin canı?..
Niyə, niyə gözləyib el
"O sahibi-əzzamanı?"
Bəlkə, muğam bir gözləyiş,
Bir həsrətdir?
Əl var ikən, qol var ikən,
Baş var ikən, diş var ikən,
Bu gözləmə müsibətdir.
Canavarın aldatdığı Şəngülümün,
Şüngülümün
Qanı, bəlkə, düşüb tarın kök siminə?
Muğamdakı hıçqırıqlar
Üsyan edir, bəlkə, divin tilsiminə?
Ürəyinin tellərindən
Tellər çəkib tara xalqın.
O tellərin nəğməsində
Öz ruhunu, öz qəlbini ara xalqın.
Tanımaqmı istəyirsən
Görmədiyin bir xalqı sən?
Əvvəl onun nəğməsinə sən qulaq as,
Onu öyrən.
Öz sözünü, sorğusunu
Xəyalını, duyğusunu
Xalq yaşadır nəğməsində.
Tarixin bir dövrü yatır
Bir bəmdəki "ah" səsində.
Çahargahın Müxalifi
"Çaldıranda"
at saldıran,
Qılınclardan od aldıran
Döyüş səsi...
Çahargahın Cövhərisi
Kol dibində
Qar altından
Çıxan tənha bənövşənin üşüməsi –
Qılınc səsi, qalxan səsi,
Bənövşənin üşüməsi.
Biri hünər,
O birisi göz yaşıdır.
O sərtliklə bu incəlik
Bir muğamda yanaşıdır..,
Dinlə tarı, dinlə neyi.
O - keçmişdən
Asta-asta söhbət açan
Səs muzeyi...
O - şöhrətli, şanlı muzey.
O - danışan, həm də bizi danışdıran
Canlı muzey.
Gah səsində göy gurlayır,
Gah inləyir həzin-həzin.
Həm babamın yaşıdıdır,
Həm nəvəmin.
Kamançada ifa edir: Elnur Əhmədov.
Qiraətçi: İlham Əsgərov
(AUDİO)
Loading the player...
Qiraətçi: Bəxtiyar Vahabzadə (AUDİO)
Loading the player...