Bəxtiyar Vahabzadə.
"Nə deyir könlümü oymaqla, oyulmaqla Segah?"
Nə deyir könlümü oymaqla, oyulmaqla Segah?
Gözə göz yaşları tək bir belə dolmaqla Segah?
Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır.
Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah.
Anamın öz südü tək sən halalımsan, halalım,
Nə deyirsən, məni məndən belə almaqla Segah?
Bizi dünyanın o dar çərçivəsindən çıxarır,
Dəli xallardakı hönkürtüyə dalmaqla Segah.
Onun hər pərdəsi ah, hər bəmi qəm, hər zili od,
Qəlbə atəş çiləyir, hökm eləyir ağla Segah.
Bəxtiyarın da könül telləri titrər beləcə,
Deyər ahəstəcə hey: "Ağla, Segah, ağla, Segah".

İfa edir: İfa edir: Zeynəb Xanlarova (AUDİO)
Loading the player...