Muğam sənəti / Muğam və poeziya / Fatma xanım Kəminə. "Əfsus, sərdə"
 Fatma xanım Kəminə. "Əfsus, sərdə"
Əfsus, sərdə bisərü payın havası var,
Hər kimsə gümrəh ilə düşsə, çox bəlası var.

Ey peyki-ruzigar, yetir şahi-hüsnə kim,
Qəmxaneyi-zəmanədə bir binəvası var.

Tutmuş səriri-izzdə aramü ar edər,
Nisbət bu binəvaya demək aşinası var.

Əğyari-dunə mehri-məhəbbət edər müdam,
Öz yari-həqgüzarinə daim cəfası var.

Bəsdir mənə bu cövrü cəfa şuxi-bivəfa,
Əcri-əməl o qadiri-biçün qisası var.

Gər çərxi-pir laf ura ki, qəmküsarinam,
Hərgiz inanmazam ki, onun da vəfası var!

Olmuş Kəminə cövrü fələkdən zəlilü-xar,
Əfsurdə cism, ney kimi dəm-dəm nəvası var.

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...

 

 

 





Yuxarı