Məhəmməd Füzuli.
"Aləm oldu şad səndən"
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.
Can bağışlardı ləbin izhari-göftar eyləyib,
Urmadan İsa ləbi canbəxşlikdən dəm hənuz.
Səcdəgah etmişdi eşq əhli qaşın mehrabini,
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.
Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm,
Cismilə can irtibatı olmadan möhkəm hənuz.
Əşk sərf eylər fələkdən kam hasil qılmağa,
Bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz.
Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə,
Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz.
Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib,
Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz.

Qiraətçi: Həsən Turabov
(AUDİO)
Loading the player...