Məhəmməd Füzuli.
"Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!"
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim!
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var ey həkim!
Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!
Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl
Kim, olam bu dərdə artıraq giriftar, ey həkim!
Gör təni-üryan ilə əhvalımı hicran günü,
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!
Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin
Kim, olur dərmani-dərdi-eşq düşvar, ey həkim!
Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür
Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim!

Qiraətçi: Həsən Turabov
(AUDİO)
Loading the player...
İfa edir: Şahrux Nəxəi,
musiqi: Çingiz Memaram
(AUDİO)
Loading the player...