Məhəmməd Füzuli.
"Mürəbbe"
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdigin?
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdigin?
Əhd bünyadın mürəvvətdirmi viran etdigin?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?
Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,
Qanə-qanə qeyr cami-şövqümi nuş eylədin,
Varə-varə əhdü peymanı fəramuş eylədin,

Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət,

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Qanı, ey zalım, bizimlə əhdü-peyman etdigin!?
Çərxtək bədmehrlik rəsmini bünyad eylədin,
Yaxşı adın var ikən, döndün yaman ad eylədin,
Dönə-dönə bizi qəmnak, özgəni şad eylədin,
Qanı ey zalım, bizimlə əhdü peyman etdigin!?
Könlümüz minbə'd zülfünçün pərişan olmasın,
Bağrımız lə'lin həvasilə dəxi qan olmasın,
Bivəfasan! Çeşmimiz yadınla giryan olmasın,

Və'deyi-vəsl ilə aldın səbrimiz, aramımız,
Olmadı bir gün vüsalından müyəssər kamımız,
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,

İfa edir: Şahrux Nəxəi.
Musiqi: Çingiz Memaram. (AUDİO)
Loading the player...