Muğam sənəti / Muğam və poeziya / Məhəmməd Füzuli. "Canı kim cananı üçün sevsə "
 Məhəmməd Füzuli. "Canı kim cananı üçün sevsə "
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kimin aləmdə miqdarıncadır təb'ində meyl,
Mən ləbi-cananimi, Xızır abi-heyvanın sevər.

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.

Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.

Su ki, sərgərdan gəzər, başında vardır bir həva,
Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.

Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,
Kim ki, bir sərməst sali lə'li-xəndanın sevər.

Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib,
Qayəti derlər, ola bir bəndə sultanın sevər.

 

Şikəsteyi-fars. Canı kim cananı üçün sevsə. (AUDİO)
Loading the player...

 

 





Yuxarı