Muğam sənəti / Muğam və poeziya / Məhəmməd Füzuli. "İstədim mərhəm oxundan cigərim yarəsinə"

 Məhəmməd Füzuli. "İstədim mərhəm oxundan cigərim yarəsinə"
İstədim mərhəm oxundan cigərim yarəsinə,
Atdı min ox ki, dəgər hər biri bir parəsinə.

Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr,
Gör nə qanlar düşəcəkdir oların arəsinə.

Çəkməz oldu, könül oxlar yükün, ol sərv məgər
Çəkərək atə oxun, rəhm edə biçarəsinə.

Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb
Bir içim su verə dəşti-qəmin avarəsinə.

Hər tərəf əkslərimdir görünən, ya yığılıb
Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə.

Bilməzəm kim, nəzər əhli nəsini əksildər,
Qəzəb eylər, nəzər etsəm məhi-rüxsarəsinə.

Ey Füzuli, cigərim qanını qoymaz tökülə,
Can fəda ol sənəmin qəmzeyi-xunxarəsinə.

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...

 





Yuxarı