Muğam sənəti / Muğam və poeziya / Məhəmməd Füzuli. "Məni candan usandırdı"

 Məhəmməd Füzuli. "Məni candan usandırdı"
Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qilmaz mənə dərman, məni bimar sanmazmi?

Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?

Şəbi-hicran yanar canim, tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmı.

Mirzə-Hüseyn Segahı (Manəndi-müxalif şöbəsi). İfa edir: Əbülfət Əliyev (AUDİO)
Loading the player...

 

Qiraətçi: Nadir Hüseynov Segah təsnifi. İfa edirlər: Zakir Əliyev və Gülyaz Məmmədov (AUDİO)
Loading the player...

 

Mirzə-Hüseyn segahı (Müxalif) İfa edir: Əbülfət Əliyev
Loading the player...

 

Şəbi-hicran ədəbi kompozisiyası İfa edir: Akademik Zərifə Əliyeva adına məktəbin kollektivi
Cahangir Cahangirov. Füzuli kantatası II hissə Üzeyir Hacıbəyli. "Leyli və Məcnun" operası

Loading the player...

 

Qəzəl. İfa edir: Nürəddin Mehdixanlı. Karaoke
Loading the player...

 





Yuxarı