Muğam sənəti / Muğam və poeziya / Məhəmməd Füzuli. "Yoxdur bu rüsvaylığın

dərdinə dərman, ey təbib!"

 Məhəmməd Füzuli. "Yoxdur bu rüsvaylığın dərdinə dərman, ey təbib!"
Yoxdur bu rüsvaylığın dərdinə dərman, ey təbib!
Eyləmə rüsvay özün, həm qəlbini qan, ey təbib!

Olmaq istərsən əgər asudə, qoy rahat məni, ey təbib,
Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!

Sən qan almaqla, yəqin, bir fayda verməzsən cana,
Şövqi-ləlin çıxar mümkünsə candan, ey təbib!

Olsa hər şərbət, bu sevda dərdinə etməz əlac,
Şərbətimdi vəsli-yarü zikri-canan, ey təbib!

Ğəlmə öldürsən məni izhar qılma kimsəyə,
Qoy rəqibim bilməsin var məndə əfqan, ey təbib!

Məqsədim açmaq deyildi dərdimi əsla sənə,
İstədim pünhan edim, səndən nə pünhan, ey təbib!

Öldürüb yüz sən kimi bidərdi bu dərdim mənim,
Gəl, Fizuli, dərdini sanma çox asan, ey təbib!

 

İfa edir: Şahrux Nəxəi. Musiqi: Çingiz Memaram. (AUDİO)
Loading the player...

 

Şüştər. İfa edir: Yaqub Məmmədov (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı