Muğam sənəti / Muğam və poeziya / Məhəmməd Füzuli. "Yandı canım hicr ilə"
 Məhəmməd Füzuli. "Yandı canım hicr ilə"
Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm,
Dərdməndi-firqətəm, dərmani-didar istərəm.

Bülbüli-zarəm, degil bihudə əfgan etdigim,
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.

Dəhr bazarında kasiddir mətai-himmətim,
Bu mətai satmağa bir özgə bazar istərəm.

Fani olmaq istərəm, yə'ni bəlayi-dəhrdən
Rahəti-cismi-zəifü cani-əfgar istərəm.

Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,
Neyləyim, çoxdur qəmim, dəf'inə qəraxar istərəm.

Çün bəqa bəzmindədir dildar, mən həm durmazam
Bu fəna deyrində, bəzrai-vəsli-dildar istərəm.

Ey Füzuli, istəməz kimsə rizasilə fəna,
Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm.

 

İfa edir: Şahrux Nəxəi. Musiqi: Çingiz Memaram. (AUDİO)
Loading the player...

 

 





Yuxarı