Məhəmməd Füzuli.
"Könül, yetdi əcəl"
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Yetirdi başini gərdun əyağə bari-möhnətdən,
Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?
Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,
Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?
Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,
Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?
Yetər, cəm' eylə bari-mə'siyət, təğyiri-ətvar et,
Həya qıl, yoxmudur insafın, ol kim var, yetməzmi?
Hidayət mənzilinə yetdilər sə'yilə əqranın,
Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?
Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,
Tutan damani-şər'i-Əhmədi-Müxtar yetməzmi?

İfa edir: Şahrux Nəxəi.
Musiqi: Çingiz Memaram. (AUDİO)
Loading the player...