Məhəmməd Füzuli.
"Mənim tək hiç kim"
Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəb!
Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya Rəb!
Dəmadəm cövrlərdir çəkdigim birəhm bütlərdən,
Bu kafərlər əsiri bir müsəlman olmasın, ya Rəb!
Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim
Ki, bu əndişədən ol məh pəşiman olmasın, ya Rəb!
Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin
Çıxan olsun dili-məcruh, peykan olmasın, ya Rəb!
Cəfavü cövr ilə mö'tadəm, onlarsız nolur halım,
Cəfasinə hədü cövrinə payan olmasın, ya Rəb!
Demən kim, ədli yox, ya zülmü çox, hər hal ilə olsa,
Könül təxtinə ondan qeyri sultan olmasın, ya Rəb!
Füzuli buldu gənci-afiyət meyxanə küncündə,
Mübarək mülkdür, ol mülk viran olmasın, ya Rəb!

İfa edir: Şahrux Nəxəi.
Musiqi: Çingiz Memaram. (AUDİO)
Loading the player...