Muğam sənəti / Muğam və poeziya / Hacıbaba Hüseynov. "Müjdə, ey dil"
 Hacıbaba Hüseynov. "Müjdə, ey dil, yenə də gəldi bahar əyyamı"
Müjdə, ey dil, yenə də gəldi bahar əyyamı,
Gətirib badi səba bülbül üçün peyğani.

Açılıb qonçəvi gül, ətri tutubdur çəməni,
Vəcdə gəlmiş bu könül yoxdur dəxi yananı.

Bir tərəf piri cavandır, bir tərəf də məni zar,
Nə gözəl bəzmeyi bu saqi dolandı canı.

Qarışıbdır tarın ahənqinə ləhni-neyi nay
Nəşeyi musiqidən məsti düşübdür hamı.

Xəbər aldım neçə kəsdən ki, nə həngamədi bu,
Dedilər bir nəzər et, gördüm Ömər Xəyyamı.

Bir əlində meyi-gül rəng, bir əlində gülü-tər,
Matı məbud edər görsə Ömər Xəyyamı.

Qamətin, xalı xəttin zikrlərin etdikcə
Günü-gündən Hacının yaxşılaşır əhvalı.

 

Oxuyur: Səxavət Məmmədov "Qarabağ" Xalq çalğı alətləri ansamblı Tar: Vahid Məmmədov
Kamança: Samidxan Mürşüdov (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı