Muğam sənəti / Muğam və poeziya / Hacıbaba Hüseynov. "Hanı bir yar, vəfadar"
 Hacıbaba Hüseynov. "Hanı bir yar, vəfadar"
Hanı bir yar, vəfadar bizə yar olsun,
Dili-məcruhimizə dil veribən zar olsun.

Vermə nadana, könül, sirrini agah eləmə,
Demə eşq əhli gərək dəhridə biar olsun.

Arizumdur vətənimdə yaşayan hər bir kəs,
Qəzələ, musiqiyə, şerə həvəskar olsun.

Ey cavanlar, sizi Tanrı, sizə canım qurban,
Qoymayın siz bu muğamatımızı xar olsun.

Hər kəsin hər nə gəlir əqlinə ifa eləyir,
Musiqin zay eləsək, bizlər üçün ar olsun.

Şerlər sadələşib, azdı Füzuli eşidən,
Məncə eşq əhli gərək əsli xiridar olsun.

Vahidin incə qəzəl, sadə gözəl şerləri,
Xəlq arasında görüm daim onu var olsun.

Can fədadır sənə, ey Seyyid Əzim Şirvani,
Nə rəvadırki sənə hər nakəsi əğyar olsun.

Demə Zülfüylə Seyid getdi, bilənlər yoxdur,
İstəyirsənsə buyur, söyləyim aşkar olsun.

Hacı, az söylə ,deyərlər bizi təbliğ eləyir,
Çarə yox gəlsə Ələsgər, yada Cabbar olsun.

 

Qiraətçi: Hacıbaba Hüseynov (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı