Muğam sənəti / Muğam və poeziya / Hacıbaba Hüseynov "Muğamat var olan yerdə"
 Hacıbaba Hüseynov "Muğamat var olan yerdə"
Yaranmışdır muğamatım əcəbdir şux qəzəllərdən,
Qəzəllər ixtilat eylər qara gözlü gözəllərdən,
Gözəllər imtina etməz bu sevdaya dözənlərdən,
Həmişə şad olar dillər kamança, tar olan yerdə.
Sədayi musiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.

Muğamat olmasa rövnəq gələrmi bəzmi irfanə,
Məqami eşqdə şamdır, mən ol şamə pərvanə,
Əgər rişxəndilər etsə bizə hər naşı biganə,
Yəqindir qoymazdıq gəzsin çəmən gülzar olan yerdə.
Sədayi musiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.

Bütün xalq musiqisində bu dəstgahdan əlamət var,
Tamamən mahnı təsnifdə bu babətdən şərafət var,
Bunu dərk etməyənlərdə yeqin ey dil, qəbahət var,
Amandır, qoymayın bülbülü ötsün xar olan yerdə.
Sədayi musiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.

Gərəkdir xalq arasında muğamatım sədalansın,
Muğamatın sədasından sevən dostlar səfalansın,
Nəvası şuri şahnazın dəşur ilə nəvalansın,
Qəmin olmaz sənin, Hacı, qəmər, qəmxar olan yerdə,
Sədayi musiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.

 

Qiraətçi: Hacıbaba Hüseynov (AUDİO)
Loading the player...

 

İfa edir: Aygün Bəylər (AUDİO)
Loading the player...

 

 





Yuxarı