Mikayıl Müşfiq. "Qurban olduğum"
Bilməm neyçün məni atmış unutmuş
Əhdi peymanına qurban olduğum,
Yoxsa özgəsinə üzünü tutmuş,
Yeni sevdasına qurban olduğum.
Mən dilbəri sordum, gəlib gedəndən,
Dedilər küsmüşdü barışmaz səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.
O mənim sevgilim, o mənim sonam,
Onsuz üzüm gülməz, açılmaz aynam,
Bilməm harda qaldı, o nazlı durnam,
O xoş sədasına qurban olduğum.
Ayrilıq oduna könlüm dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neyçün oyanmaz,
Şirin röyasına qurban olduğum.
Hicranı qəlbimi yandırar yaxar,
Gözlərim yollara baxar hey baxar,
Müşviq səni anar, sənsiz odlanar,
İtmiş xəyalına qurban olduğu.
Əhdi peymanına qurban olduğum,
Yoxsa özgəsinə üzünü tutmuş,
Yeni sevdasına qurban olduğum.
Mən dilbəri sordum, gəlib gedəndən,
Dedilər küsmüşdü barışmaz səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.
O mənim sevgilim, o mənim sonam,
Onsuz üzüm gülməz, açılmaz aynam,
Bilməm harda qaldı, o nazlı durnam,
O xoş sədasına qurban olduğum.
Ayrilıq oduna könlüm dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neyçün oyanmaz,
Şirin röyasına qurban olduğum.
Hicranı qəlbimi yandırar yaxar,
Gözlərim yollara baxar hey baxar,
Müşviq səni anar, sənsiz odlanar,
İtmiş xəyalına qurban olduğu.
Dilkəş təsnifi. İfa edir: Güllü Muradova.
(AUDİO)
Loading the player...
Qiraətçi: Əminə Yusifqızı (AUDİO)
Loading the player...
İfa edir: Firuz Səxavət.(VİDEO)
Loading the player...