Muğam sənəti / Muğam və poeziya /  Mirzə Ələkbər Sabir "İstəsən könlüm kimi"
 Mirzə Ələkbər Sabir "İstəsən könlüm kimi"
İstəsən könlüm kimi zülfün pərişan olmasın, –
Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,
İstərəm cismimdə dərd olsun, dəхi can olmasın!

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Atəşin ruyində əfi tək yatıb geysulərin,
Türfə cadudur ki, mar atəşdə suzan olmasın!

Derlər, aşiqküş nigarım qətlimə amadədir,
Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!

 

Qiraətçi: Laçın Məmişov. (AUDİO)
Loading the player...

 

Bayatı-Şiraz. Oxuyur: İslam Rzayev, müşayiət edir: Tarda-Ağasəlim Abdullayev,
kamançada - Şəfiqə Eyvazova, Udda-İbrahim Qasımov (VİDEO)

Loading the player...