XANƏNDƏLƏR
- A
- B
- C
- Ə
- F
- H
- X
- İ
- K
- Q
- M
- N
- R
- S
- Ş
- T
- Z
Abdullayev Ağabala Məmmədbağır oğlu. (1910-1976)
Xanəndə. Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı olmuş, muğamları ustad sənətkar Seyid Şuşinskidən öyrənmişdir. 1920-ci illərdən ömrünün sonuna kimi Füzuli rayonunda yaşamışdır.
Özünəməxsus istedadı ilə, muğam sənəti sahəsində dərin biliyi ilə fərqlənən xanəndə el şənliklərində, konsertlərdə və teatr səhnəsində fəaliyyət göstərərək püxtələşmişdir.
H.Sarabskinin və M.Həşimovun dəvətilə Füzulidə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulan muğam operalarında çıxış etmiş, Məcnun, Kərəm, Əsgər, Sərvər (Ü.Hacıbəyli “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) obrazlarını yaratmışdır.
A.Abdullayev geniş diapazonlu və zəngin tembrli səsə malik olmuşdur. O, “Zabul Segah” muğamının təkrarolunmaz ifaçısı kimi yadda qalmışdır. Onun xüsusi şövqlə oxuduğu “Zabul Segah”, “Rast” muğamlarının, “Qarabağ şikəstəsi” zərbi muğamının səsyazısı AzTV-nin fondunda saxlanılır.
A.Abdullayev həm də təcrübəli müəllim olmuş, İ.Rzayev, S.Abdullayev, M.Məmmədov, T.Mustafayev kimi xanəndələr yetişdirmişdir
Abdullayev Ağaxan Minaxan oğlu. (1950)
Xanəndə. Azərbaycanın xalq artisti (1998). A.Abdullayev musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində N.Əliyevin sinfində almışdır. A.Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam-dəstgahlarının səsyazıları AzTV-nin fondunda saxlanılır.
O, həm də Azərbaycan Dövlət Filarmoniyasının solistidir. Bununla yanaşı, o, bir xanəndə kimi pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verir. O, 1977-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Bir çox tanınmış xanəndələrin (A. Qasımov, M. Kazımov və b.) ustadıdır.
Eyni zamanda, A.Abdullayev muğam ifaçılığı sənətinə yeni qədəm qoyan gənclərin yaxın məsləhətçisi və sənət müəllimidir. O, dəfələrlə muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olmuşdur.
Abdullayev Ələsgər Baba oğlu. (1866-1929)
Xanəndə. Xalq arasında “Şəkili Ələsgər” kimi tanınmışdır. Muğam sənətinin sirlərini xanəndə Keştazlı Həşimdən və Ağabala Ağasəid oğlundan öyrənmişdir.
Bakıda fəaliyyət göstərmiş, musiqi məclislərində və Şərq konsertlərində fəal iştirak etmişdir. Böyük istedada, güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik xanəndə “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarını, təsnif və xalq mahnılarını böyük məharətlə ifa etmiş, xüsusilə, “Rahab” muğamının ən gözəl ifaçısı kimi ad qazanmışdır.
Onun şöhrəti Azərbaycanın hüdudlarından kənarda da yayılmışdı. Ə.Abdullayev İranın, Türkiyənin və Orta Asiyanın bir çox şəhərlərində konsertlər vermişdir. Uzun illər tarzən Ş.Axundovun müşayiəti ilə çıxış etmişdir.
1913-1914 illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuş və səsi qrammofon vallarına yazılmışdır. Ələsgər Abdullayevin Qurban Primov və Saşa Oqanezaşvilinin müşayiətilə oxuduğu “Çahargah”, “Rast”, “Mahur-Hindi”, “Zabul-Segah”, “Rahab”, “Şüştər”, “Hasar” muğamları və təsnifləri qrammofon vallarında qorunub saxlanılmışdır.
Abdullayev İslam Əbdül oğlu. (1876-1964)
Xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Azərbaycan musiqi tarixində İ.Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.
“Segah” muğamını və onun bütün variantlarını xüsusi məharətlə oxuduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. İ.Abdullayev Şuşa şəhər məktəbində təhsil almışdır. Musiqişünas alim M.M.Nəvvabdan, xanəndə H.Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənmiş, xanəndəlik sənətinə yiyələnmiş və tarzən Sadıqcanın müşayiətilə çıxış etməyə başlamışdır.
İ.Abdullayev gözəl və təsirli səsi sayəsində Azərbaycanın hüdudlarından kənarda da məşhurlaşmışdır. 1910-1915-ci illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən İ.Abdullayevin ifasında bir sıra muğam və təsniflər qrammofon vallarına yazılmışdır. İ.Abdullayev X.Şuşinski, Y.Məmmədov, S.Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdır.
Ömrünün sonuna yaxın Ağdama köçmüş, burada musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.
Abdullayev Qasım İbrahim oğlu.(1873-1927)
Xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin tanınmış nümayəndəsi. “Zabul-Segah” muğamının bənzərsiz ifaçısı olmuş və xalq arasında “Zabul Qasım” adı ilə məşhurlaşmışdır.
Şuşada və Bakıda muğam məclislərində və “Şərq konsertləri”ndə çıxış etmişdir. Şuşada tamaşaya qoyulmuş Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnunun atası rolunu məharətələ ifa etmişdir.
1914-ci ildə “Sport-Rekord” səsyazma şirkətinin dəvətilə Tiflis şəhərində Q.Abdullayevin ifasında “Zabul-Segah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Mahur-Hindi” muğamları və təsniflər qrammofon vallarına yazılmışdır. Q.Abdullayev ifaçılıqla yanaşı, müəllimliklə də məşğul olmuş, Şuşada musiqi məktəbində muğamatdan dərs demiş və xanəndələr nəsli yetişdirmişdir
Abdullayev Sabir Əli oğlu. (1957)
Xanəndə. Qarabağ muğam ənənələrinin davamçısı. Muğamı kiçik yaşlarından qardaşı, xanəndə Vahid Abdullayevdən öyrənmiş, professional təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində N.Əliyevin sinfində almışdır. Xanəndənin yaradıcılıq yolu 1980-cı illərdən başlayır.
Öz repertuarında bütün klassik muğamlara müraciət edən xanəndə «Segah» muğamını xüsusi şövqlə ifa edir. 1986-ci ildə ilk dəfə olaraq Bakıda 9 saylı Cabbar Qaryağdı oğlu adına musiqi məktəbində xanəndəlik sinfi açmışdır. S.Abdullayevin rəhbərlik etdiyi gənc muğamatçılar ansamblı dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təmsil etmiş, Amerikada onların səsi diskə yazılmışdır.
S.Abdullayev bu gün də həm musiqi məktəbində, həm də Bakı Milli Konservatoriyasında xanəndələr nəslinin davamçılarına muğamları tədris edir. Tələbəsi Güllü Muradova “Muğam-2007” televiziya müsabiqəsinin qalibi olmuşdur.
Abdullayev Süleyman Cümşüd oğlu. (1939)
Xanəndə. Azərbaycanın əməkdar artisti (2012). Qarabağ muğam ənənələrinin davamçısı. Azərbaycan Dövlət Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində muğam ifaçılığının sirlərinə yiyələnmişdir.
S.Abdullayev 1964-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi geniş konsert fəaliyyətinə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır.
1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur. Dünyanın bir neçə ölkəsində konsert proqramları ilə çıxışlar etmişdir. S.Abdullayevin ifasında «Segah», «Dəşti», «Çahargah», «Şur» muğam dəstgahlarının lent yazıları AzTV-nin fonduna daxil olmuşdur.
Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, Şirvaninin, Vahidin qəzəllərinə, xüsusilə vətən haqqında şeirlərə müraciət edir. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən S.Abdullayev xalq tərəfindən «Dədə Süleyman» deyə çağrılır.
Abdullayev Vahid Əli oğlu. (1948-2001)
Xanəndə. Pedaqoq. Qarabağ xanəndəlik məktəbinin klassik ənənələri üzərində yetişmiş nəslinə mənsubdur. Qarabağın zəngin musiqi həyatı onun sənət yolunun müəyyənləşməsində mühüm rol oynamışdır.
Professional musiqi təhsilini 1970-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində almış, N.Əliyevdən xanəndəlik sənətinin sirlərini öyrənmişdir. V.Abdullayev pedaqoq kimi böyük xanəndələr nəsli yetişdirmişdir. Tələbələrindən Q.Quliyeva, M.İbrahimov bu gün Qarabağ xanəndəlik məktəbinin ənənələrini ləyaqətlə davam etdirirlər.
V.Abdullayevin ifasında bir çox muğamlar Azərbaycan musiqi xəzinəsinə daxil olmuş, xüsusilə «Bayatı-Şiraz», «Zabul-Segah» muğam-dəstgahları, «Qarabağ şikəstəsi» zərbi muğamı bənzərsiz ifaçılıq xüsusiyyətləri ilə diqqəti cəlb etmişdir.
Adıgözәlov Zülfi (Zülfüqar) Sәmәd oğlu. (1898-1963)
Xanəndə. Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri. Azәrbaycanın әmәkdar artisti (1943).
1927-ci ildә Bakıya köçәrәk "Mudafiә evi"ndә (indiki Filarmoniya) işlәmәk uçün Ü.Hacıbәyli, M. Maqomayev, Q.Primov vә b. qarşısında imtaһan vermiş, eyni zamanda radio verilişlәri komitәsinә işә qәbul olunmuşdur. Pәsxan xanәndә olan Zülfi Adıgözəlov klassik muğamları, xalq maһnılarını böyük ustalıqla oxumuşdur.
O, qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.
Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "Əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkəş" muğamları gözəl örnəklərdir.
Ağabala Ağa Səid oğlu. (1860-1928)
Xanəndə. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşayıb-yaratmış məşhur xanəndə, muğam bilicisi. Gənc yaşlarından şeirə, musiqiyə böyük həvəs göstərmiş, fars dilini mənimsəyərək, Yaxın Şərqin poeziya inciləri ilə tanış olmuşdur.
1880-ci illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan “Məcməüş-şüəra” ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında böyük həvəs və maraqla iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına böyük təsir göstərmişdir.
Onun yaradıcılıq dəst-xəttinin başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı olmuşdur. “Bayatı-Şiraz”, “Rast”, “Şur”, “Segah-zabul” muğamlarını olduqca təsirli oxumuşdur. Xanəndə Ş.Axundov, M.Mənsurov, Ə.Bakıxanov, M.F.Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.
Ağdamski (Bәdәlbәyli) Әһmәd Bәşir oğlu. (1884—1954)
Opera artisti (lirik tenor). Azәrbaycanın әmәkdar inсəsənət xadimi (1943).
Sәһnә fәaliyyәtinә "Nicat" xeyriyyә cәmiyyәtinin teatr truppasında başlamış, o dövrdә Azәrbaycanda aktrisaların olmamasına görә opera vә musiqili komediyalarda, әsasәn, qadın rollarında çıxış etmişdir.
Ü.Hacıbəylinin әsәrlәrindә Leyli, Әsli, Gülnaz, Gülçöһrә, Minnәt xanım, Tәһminә ("Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "O olmasın, bu olsun", "Arşın mal alan", "Әr vә arvad", "Rüstәm vә Söһrab") vә b. rolların ifaçısı olmuş, sonralar kişi rollarında da çıxış etmişdir. Ə.Adamski pedaqoji fəaliyyәtlə də məşğul olmuşdur.
Babayev Arif İmran oğlu. (1938)
Xanəndə, pedaqoq. Azərbaycanın xalq artisti (1988). 1998-ci ildə “Şöhrət”, 2008-ci ildə “İstiqlal” ordeninə layiq görülmüşdür. Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışmışdır.
Opera və Balet Teatrının səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyli “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Camal (Ş.Axundova “Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır.
A.Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTV-nin fonduna daxil olunmuşdur. A.Babayev qastrol səfərlərində çox olmuşdur. Amerika, Avropa, Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıtmışdır.
A.Babayev Azərbaycan Milli Konservatoriyasının professoru, “Solo oxuma (xanəndəlik)” kafedrasının müdiridir. A.Babayevin 70 illik yubileyi münasibətilə H.Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD albom nəşr olunmuşdur.
Bağırzadə Məmmədbağır Məmmədəli oğlu.(1950-2005)
Xanəndə. Azərbaycanın xalq artisti (2000). Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində Nəriman Əliyevin sinfində almış (1971-1975), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir (1976-1980).
Xanəndə kimi yetişməsində Bakının muğam mühiti, xüsusilə Bakı kəndlərindəki şeir-muğam məclislərinin böyük əhəmiyyəti olmuş, Ə.Məmmədov, Y.Məmmədov kimi xanəndələrin yaradıcılığından bəhrələnmişdir. Onun repertuarı muğamlardan, təsniflərdən və bəstəkar mahnılarından ibarət olmuşdur. M.Bağırzadə yaradıcı sənətkar olmuşdur. O, qəzəllər, şeirlər və onların əsasında bir çox mahnılar yaratmışdır (“Azərbaycanım”, “Ana dünyası”, “Qarabağ”, “Doymadım bu dünyadan” və s.).
O, bütün muğam dəstgahlarını böyük məharətlə oxumuşdur. Səsyazıları AzTV-nin fondunda saxlanılır, 10-dan artıq diski buraxılmışdır. “Dilkəş” ansamblı yaratmış, bu ansamblla dünyanın bir çox şəhərlərində qastrol səfərlərində olmuşdur. M.Bağırzadə 2001-ci ildən Bakı Milli Konservatoriyasında fəaliyyət göstərmiş, muğam dərsləri demişdir.
Bahadır Mehralıoğlu.(1883-1962)
Xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin tanınmış nümayəndələrindən biri. Muğam sənətinə Şuşada Xarrat Qulunun məktəbində yiyələnmiş, musiqi məclislərində, dini mərasimlərdə iştirak etmişdir. C.Qaryağdı oğlu, K.Məhəmməd, İ.Abdullayev, M.Şuşinski, S.Şuşinski kimi xanəndələrlə sənət yoldaşı olmuşdur.
B.Mehralıoğlu geniş diapazonlu (iki oktava yarımdan artıq), güclü səsə malik xanəndə, muğamın, əruzun dərin bilicisi olmuş, həmçinin bir sıra təsniflərin yaradıcısı və ilk ifaçısı (“Ay qara qız”, “Uca dağlar” və s.) kimi tanınmışdır. Bir çox xanəndələr onun ifaçılıq üslubundan bəhrələnmişlər.
1920-ci ildən Ağdamda fəaliyyət göstərmiş, Ağdam teatrının səhnəsində tamaşaya qoyulan muğam operalarında, el şənliklərində və konsertlərdə iştirak etmişdir. 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya incəsənət olimpiadasının laureatı (II yer) olmuşdur. 1934-1946-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi konsertlər vermişdir. B.Mehralıoğlu gözəl müəllim olmuş, böyük xanəndələr nəsli yetişdirmişdir.
1958-1962-ci illərdə Ağdam Orta İxtisas Musiqi Məktəbində muğam dərsləri aparmışdır. Qarabağ xanəndələrinin bir çoxu - Ə.Əliyev, A.Babayev, Q.Rüstəmov, İ.Həsənov, Ş.Hacıyev və başqaları onun tələbələri olmuşlar.
Bayramova Aygün Əliqulu qızı.(1967)
Xanəndə, pedaqoq. Azərbaycanın xalq artisti (2005). Musiqi təhsilini 1985-1989-cu illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində Ş.Ələkbərovanın sinfində almış, 1989-1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmiş, xalq artisti A.Babayevin tələbəsi olmuşdur.
1989-cu ildən Muğam Teatrının, 2002-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Azərbaycan bəstəkarlarının operalarında Leyli (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Xanəndə qız (V.Adıgözəlov “Natəvan”) obrazlarını yaradıb. A.Bayramovanın repertuarı genişdir.
O, həm muğam və təsniflərin, həm də xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi tanınmışdır. Dünyanın bir çox ölkələrində konsert səfərlərində olmuşdur. A.Bayramova pedaqoji fəaliyyətlə də məşğul olur, Azərbaycan Milli Konservatoriyasının Bakı Musiqi Akademiyasının müəllimidir.
Behbudov Qaraxan İmran oğlu.(1935)
Xanəndə, pedaqoq. Azərbaycanın əməkdar artist (2006). Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsidir. Q.Behbudovun ilk muğam müəllimi əmisi, Qarabağda məşhur xanəndə Əfətli Əkbər olmuşdur. Q.Behbudov 1963-1968-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbinin xanəndəlik sinfində oxumuş, görkəmli xanəndələr Əlibaba Məmmədov və Nəriman Əliyevin tələbəsi olmuş, muğam dəstgahlarını öyrənmişdir.
Seyid Şuşinski, Xan Şuşinski və başqa xanəndələrlə ünsiyyəti sayəsində o, öz sənətini təkmilləşdirmiş, onların ənənələrini öz yaradıcılığında davam etdirmişdir. 1964-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir. Əliağa Quliyevin idarəsi ilə Xalq Çalğı Alətləri ansamblı ilə çalışmışdır. Onun bir xanəndə kimi püxtələşməsində görkəmli tarzən Bəhram Mansurovun böyük rolu olmuşdur.
Onun müşayiəti ilə Q.Behbudovun ifasında bir sıra muğamlar lentə yazılaraq, radionun fonduna daxil edilmişdir. Q.Behbudov zil səsli xanəndədir. O, «Bayatı-Şiraz» muğamının mahir, orijinal ifaçısı kimi tanınmışdır. Q.Behbudov "Necə dözüm», «Gözlərəm səni», «İstəyirəm», «Nədir» və s. mahnıların yaradıcısıdır. Hazırda pedaqoji fəaliyyətlə məşğul olur, onun yetişdirdiyi tələbələr müxtəlif müsabiqələrdə və festivallarda iştirak edir.
Behbudov Məcid Behbudalı oğlu. (1873-1945)
Xanəndə. Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi. Gözəl səsi olan və uşaqlıqdan xanəndə olmaq arzusu ilə yaşayan M.Behbudov bir müddət məsciddə nohə oxumuş və minacat vermiş, xüsusi məclislərdə və toy şənliklərində xanəndəlik etməyə başlamışdır.
O, əvvəllər Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də, sonralar uzun illər Tiflisdə yaşamış və konsertlər vermişdir. «Qrammofon» şirkəti 1910-cu ildə onu Riqa şəhərinə səsini vala yazmağa dəvət etmiş, orada M.C.Əmirovun müşayiəti ilə bir neçə muğam, təsnif və xalq mahnılarını oxuyub vala yazdırmışdır. Xanəndə Azərbaycanda opera teatrının inkişafında da yaxından iştirak etmişdir.
O, 1910-cu illər ərzində Ü.Hacıbəylinin opera və operettalarında, M.C.Əmirovun «Seyfəl-Mülk» operasındakı rolları ilə yadda qalmışdır. Ömrünün son illərini isə M.Behbudov Qazax rayonunda yaşamış, burada bir sıra istedadlı xanəndələr yetişdirmişdir.
M.Behbudovun övladları - SSRİ xalq artisti Rəşid Behbudov, rejissor, Rusiyanın xalq artisti Ənvər Behbudov, Azərbaycanın əməkdar artisti Nəcibə Behbudova Azərbaycan mədəniyyətində mühüm rol oynamışlar.
Beһbudov Rәşid Mәcid oğlu. (1915-1989)
Müğәnni (lirik-tenor), musiqi-teatr xadimi vә ictimai xadim. Azәrbaycanın xalq artisti (1954), SSRİ xalq artisti (1959), Sosialist Әmәyi Qәһrәmanı (1980), Azәrbaycan Dövlәt Mükafatı laureatı (1978). "Arşın mal alan" (1945) filmindә yaratdığı Әsgәr obrazına görә dünya şöһrәti qazanmış, digәr әsas ifaçılarla birlikdә Stalin mükafatına layiq görülmüşdür (1946).
Azərbaycan Opera və Balet Teatrının, һәmçinin K.S.Stanislavski vә V.İ.Nemiroviç-Dançenko adına Moskva Dövlәt Musiqili Teatrının sәhnәsindә Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında Әsgәr rolunu böyük müvәffәqiyyәtlə ifa etmişdir.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildə musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır.
Bülbül. (1897-1961)
Müğәnni (lirik-dramatik tenor). Murtuza Rza oğlu Mәmmәdovun tәxәllüsü; SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1950), professor (1940).
Kiçik yaşlarından gözәl sәsinә vә mәlahәtli zәngulәlәrinә görә ona "bülbül" adı vermişlәr. 1920-ci ildәn Birlәşmiş Dövlәt Teatrı Opera truppasının (1924-cü ildәn Azerbaycan Opera və Balet Teatrı) solisti olmuş, Ü.Hacıbəylinin "Leyli vә Mәcnun" vә "Әsli vә Kәrәm" operalarında İbn Sәlam vә Kәrәm rollarında çıxış etmişdir.
1927-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, hәmin ildәn tәһsilini 4 il Milanda (İtaliya) davam etdirmişdir. Bülbülün ilk vә әvәzsiz ifaçısı olduğu Koroğlu obrazı onun ifaçılıq sәnәtinin zirvәsidir. Onun ifasında Koroğlu partiyası Azәrbaycan musiqili teatr tarixindә bütöv bir mәrһәlә tәşkil edir.
Bülbülünün yaratdığı rollar içәrisindә Әsgәr ("Arşın mal alan") әһәmiyyәtli yer tutur. Azәrbaycan bәstәkarlarının kamera-vokal әsәrlәrinin populyarlaşmasında müstәsna xidmәti olan müğәnni Ü.Hacıbəylinin "Sәnsiz" vә "Sevgili canan" romans-qәzәllәrinin ilk vә әvәzsiz ifaçısı olmuş, zәngin boyalı tәkrarolunmaz musiqi obrazları yaratmışdır.
Cabbar Qaryağdı oğlu. (1861-1944)
Xanәndә, pedaqoq, bəstəkar. Cabbar Mәşәdi İsmayıl oğlunun tәxәllüsü; Azәrbaycanın xalq artisti (1935).
Azәrbaycan xanәndәlik sәnәtinin әn görkәmli nümayәndәlәrindәndir. Musiqi tәһsilini Şuşada Xarrat Qulunun mәktәbindә almışdır. 1887-ci ildә Ә.Haqverdiyevin һazırladığı "Mәcnun Leylinin mәzarı üstündә" musiqili sәһnәciyindә Mәcnun rolunu ifa etmişdir.
1912-ci ildə "Qrammofon", "Sport-rekord" və "Ekstrafon" səhmdar cəmiyyətlərinin dəvəti ilə Kiyev, Moskva və Varşavada səsini vala yazdırmışdır. Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasında Ü.Hacıbəylinin yaxın mәslәkdaşlarından olmuş, burada klassik xalq musiqisindәn dәrs demişdir.
C.Qaryağdı oğlu әsәrlәrindә xalq musiqisindәn, muğamatdan bәһrәlәnәn Ü.Hacıbəyli ilə yaxından әmәkdaşlıq etmiş, ona yaradıcılıq kömәyi göstәrmişdir.
Cəbrayılov Eynulla Eynulla oğlu. (1935-1992)
Xanəndə. Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnmiş, muğam və aşıq sənətinin sirlərinə yiyələnmişdir.
Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır.
Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılovun ifasında “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn Segahı”, “Çahargah” və başqa muğamlar AzTV-nin fondunda saxlanılır. E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir.
1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur.
Əbülhəsənxan İqbali Azər.(1870-1971)
Xanәndә. Əbülhəsənxan Musa oğlunun təxəllüsü; Təbrizdə yaşamış, 1905-1911-ci illərdə İran inqilabına qoşulmuş, Səttarxan ona “İqbali Azər” adını vermişdir.
Əbülhəsənxan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında “Şur”, “Çahargah”, “Mahur”, “Əbu - əta”, xüsusilə, “Segah” muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi “Segah” muğamı İranda “Əbülhəsənxan segahı” adı ilə məşhurlaşmışdır.
Əbülhəsənxanın səsi 1914-ci ildə Tiflisdə “Qrammofon” şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur. S.Şuşinski Əbülhəsənxan ilə yaxından dostluq etmiş, onun yaradıcılığından çox bəhrələnmişdir. Əbülhəsənxan vallarından birində “Humayun” muğamını oxuyaraq, üzərində onu S.Şuşinskiyə həsr etdiyini yazdırmışdı.
Əkbərov Canəli Xanəli oğlu.(1940)
Xanәndә, pedaqoq. Xalq artisti (1992), professor (2008). “Şöhrət” ordeni (2002) ilə təltif olunmuşdur. Muğamın sirlərini atasından öyrənmişdir.
C.Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış, müəllimləri S.Şuşinski və X.Şuşinskidən muğam ifaçılığının sirlərini öyrənmişdir. C.Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-ci ildən bu günə qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Xanəndə bu teatrın səhnəsində muğam operalarında Məcnun və İbn-Salam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) kimi yaddaqalan obrazlar yaratmışdır. C.Əkbərov xarici ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir.
C.Əkbərov hal-hazırda muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.
Әlәkbәrova Şövkәt Feyzulla qızı.(1922-1993)
Müğәnni. Azәrbaycanın xalq artisti (1959). Azərbaycan Dövlət Musiqi Məktəbində H.Sarabskinin sinfini bitirmişdir.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında işləmiş, 1945-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Repetuarında muğamlar və xalq mahnıları üstünlük təşkil etmişdir.
1938-ci ilin axırlarında bәdii özfәaliyyәt kollektivlәrinә baxışın Azərbaycan Opera və Balet Teatrında keçirilәn yekun konsertindә Ş.Әləkbərovanın oxuduğu "Qarabağ şikәstәsi" Ü.Hacıbəylinin çox xoşuna gәlmiş vә bәstәkar onu, rәһbәrlik etdiyi Azәrbaycan Dövlәt Filarmoniyası Maһnı vә Rәqs Ansamblına solist götürmüşdür.
Ş.Ələkbərova Ü.Hacıbəylinin "Qaragöz", "Şәfqәt bacısı", "Addımla әsgәr" maһnılarını çox gözәl oxumuşdur.
Әliyev Әbülfәt Әsәd oğlu. (1926-1990)
Xanәndә. Azәrbaycanın xalq artisti (1964). Azәrbaycan Dövlәt Filarmoniyasının (1945-1978), Azәrbaycan Dövlәt Qastrol-Konsert Birliyinin (1978-1990), eyni zamanda Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur.
Mәlaһәtli, xoş tembrli sәsi olan müğәnni Ü.Hacıbəylinin "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm" operalarında Mәcnun vә Kәrәm partiyalarının әn yaxşı ifaçılarından idi.
Əliyev Nəriman Mövsüm oğlu.(1930-1998)
Xanәndә, pedaqoq. 1956-cı ildə xanəndə S.Şuşinski ilə tanışlığı, onunla yaxın ünsiyyəti N.Əliyevin həyatında böyük rol oynamışdır. O, Azərbaycan Dövlət Musiqi Məktəbində, S.Şuşinskinin xanəndəlik sinfində təhsil almışdır.
S.Şuşinski ənənələrinin davamçısı olmuş, ondan sonra Azərbaycan Dövlət Musiqi Məktəbində böyük bir xanəndələr nəslini yetişdirmişdir; A.Abdullayev, C.Əkbərov, S.İsmayılova, Q.Behbudov, V.Abdullayev, S.Abdullayev, M.Bağırzadə və bir çox başqa xanəndələrin ustadı olmuşdur. N.Əliyevin tələbələri respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatları olmuş, özü dəfələrlə muğam müsabiqələrinin münsiflər heyətində iştirak etmişdir. 1988-ci ildə Muğam Teatrına məsləhətçi kimi dəvət olunmuşdur.
N.Əliyev 1960-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, konsertlərdə çıxış etmişdir. AzTV-nin fondunda onun ifasında “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Mahur-hindi”, “Çahargah”, “Şur”, “Mənsuriyyə”, “Mani” muğam və təsniflərinin, xalq mahnılarının lent yazısı saxlanılır.
Əsədov Eynulla Fətulla oğlu.(1930-1976)
Xanәndә. Gənc yaşlarından xanəndə kimi respublikanın rayonlarında el məclislərində xanəndə kimi çıxış etmiş, gur və məlahətli səsi ilə ustad xanəndələrin diqqətini cəlb etmişdir.
Görkəmli xanəndə M.Mütəllimovun məsləhəti ilə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almış, Z.Adıgözəlovdan muğam sənətinin sirlərinə yiyələnmişdir.
1960-cı illərdən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. E.Əsədov “Şahnaz”, “Segah” muğamlarının, “Qarabağ şikəstəsi” zərbi-muğamının mahir ifaçılarından hesab olunurdu. AzTV-nin fondunda onun ifasında bu muğamların səsyazıları saxlanılır.
Əsgərov Qulu Rüstəm oğlu.(1928-1989)
Xanәndә. Gənc yaşlarından rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir.
1953-cü ildə Gənc istedadların respublika olimpiadasının qalibi olmuşdur. Q.Əsgərov 1954-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində musiqi təhsili almış, burada S.Şuşinski, N.Əliyev kimi görkəmli xanəndələrin ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Eyni zamanda, Ə.Bakıxanovdan, A.Gəraydan tar, M.Əhmədovdan bəstəkarlıq dərsləri almışdır.
O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Onun lent yazıları AzTV-nin fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamla ifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
O, bu teatrın səhnəsində muğam operalarında Məcnun, İbn-Salam, Kərəm (Ü.Hacıbəyli “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Şah İsmayıl (M.Maqomayev “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) kimi bir sıra yaddaqalan obrazlar yaratmışdır.
Əyyubova Mələkxanım Məzahir qızı. (1963)
Xanəndə, pedaqoq. Azərbaycanın xalq artisti (2002). M.Əyyubova el sənətkarları olan atasından və qardaşından aşıq və muğam sənətinin sirlərini öyrənmişdir.
1979-1984-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almış, xanəndə Q.Əsgərovun tələbəsi olmuş, muğam sənətinə dərindən yiyələnmişdir. “İrs” folklor ansamblının, AzTV S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmuşdur.
Xanəndənin repertuarına muğam dəstgahları, zərbi-muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları daxildir. Onun ifasında “Rahab”, “Mirzə Hüseyn Segahı”, “Şahnaz”, “Bayatı-Şiraz”, “Qatar” muğamları AzTV-nin fondunda saxlanılır. Xanəndənin Azərbaycanda və xaricdə 10-a yaxın kompakt diski, o cümlədən, Almaniyada və Fransada “Muğam antologiyası” seriyasından diskləri buraxılmışdır.
O, həmçinin, İngiltərədə, Amerikada, Avstraliyada, İtaliyada, Hollandiyada, Koreyada, İsveçrədə və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. M.Əyyubova pedaqoji fəaliyyətlə də məşğul olur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının dosentidir.
Feyzullayev Novruz Səbzəli oğlu.(1932-2008)
Xanәndә. İranda yaşamış (1937-1960), Ərdəbil şəhərində təhsil almışdır. Gənc yaşlarından xanəndə kimi fəaliyyət göstərməyə başlamışdır. 1946-cı ildə İranda Cəfər Pişəvərinin rəhbərliyi altında qurulan milli hökumət tərəfindən Təbrizdə açılan Filarmoniyaya dəvət almışdır.
N.Feyzullayev 1960-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində S.Şuşinskinin sinfində muğam sənətinin incəliklərini öyrənmişdir. 1978-ci ildə N.Feyzullayev Azərbaycan Siyasi Mühacirlər Cəmiyyətinin nəzdində “Məşəl” ansamblını təşkil etmişdir. N.Feyzullayev “Humayun” muğamının ən yaxşı ifaçısı kimi tanınmışdır.
O, həmçinin, İranda çox yayılan “Dəşti” muğamını özünəməxsus bir tərzdə ifa edərək, onu Azərbaycan muğamsevərlərinə tanıtmışdır. N.Feyzullayevin yaratdığı 100-ə yaxın təsnif (“Qaşların kamandır”, “Oğrun yollara baxmaqdan” və s.) xanəndələr tərəfindən ifa olunur.
Hacı Hüsü Niftali oğlu.(təqr. 1830-cu illər-1898)
Xanәndә. Musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində almışdır. Güclü və məlahətli səsi olan Hacı Hüsü klassik Şərq və Azərbaycan muğam və təsniflərinə dərindən bələd idi.
O, M. M.Nəvvabla birgə Şuşada ilk “Musiqişünaslar məclisi”nin əsasını qoymuş, X.Qulunun ölümündən sonra gənc xanəndələr yetişdirmək məqsədilə “Xanəndələr ittifaqı” yaratmışdır.
Hacı Hüsü “Rast”, “Şur”, “Mahur” muğamlarına yeni guşə və xallar əlavə etmiş, “Kürdü” muğamını “Şahnaz”la birləşdirmişdir (“Kürdü-Şahnaz”). Hacı Hüsü “Qatar” muğamının yaradıcısı sayılır.
Hacıbababәyov Hüseynağa Soltanoğlu.(1898-1972)
Müğәnni (lirik tenor). Azәrbaycanın xalq artisti (1938).
1916-cu ildәn Azәrbaycan musiqi truppasının qastrollarında iştirak etmiş, Ü.Hacıbәlinin muğam operalarında vә musiqili komediyalarında qadın rollarını - Leyli, Әsli, Xurşid Banu, Gülçöhrә, Gülnaz ("Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "Şah Abbas vә Xurşid Banu", "Arşın mal alan", "O olmasın, bu olsun") oynamışdır.
1920-1962-ci illәrdә Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, Mәcnun, Kәrәm, Әsgәr vә Süleymanın ("Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "Arşın mal alan") partiyalarını oxumuşdur.
Haşımov Bakir Musa oğlu.(1926- 1989)
Xanәndә. Qarabağ xanəndəlik ənənələrinin davamçısı. 1950-ci illərdə Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində professional musiqi təhsili almışdır.
Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir. Həmin illərdə B.Haşımovun ifaçılığı bəstəkarlardan F.Əmirovun və Niyazinin diqqətini cəlb etmiş və onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etmişlər.
O, səhnədə Ü.Hacıbəylinin «Leyli və Məcnun» operasında Məcnun, İbn Səlam, «Əsli və Kərəm» operasında Kərəm surətlərini böyük məharətlə ifa etmişdir.
Həsənova Gülxar İbrahim qızı. (1918-2005)
Opera müğənnisi (soprano). Azərbaycan Respublikasının xalq artisti (1982). Səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936 -1942).
Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir.
Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası partiyalarıdır.
Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrətmişdir. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülmüşdür.
Hüseynov Hacıbaba Hüseynəli oğlu.(1919-1993)
Xanәndә, pedaqoq. Xalq artisti (1991). H.Hüseynov ruhani ailəsində böyümüşdür. Erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarına yiyələnərək, qəzəllər yazmağa başlamışdır.
O, əvvəlcə nağaraçı olmuş, virtuoz qaval çalan kimi məşhurlaşmışdır. Tədricən muğam və təsniflər oxumağa başlamışdır. O, muğam ustadlarının ənənələrindən bəhrələnərək, bu sənətdə öz dəst-xəttini yaratmağa müvəffəq olmuşdur. Uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demiş, xanəndələr yetişdirmişdir.
Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır. H.Hüseynovun yaratdığı təsniflər mürəkkəb ritm duyğusu ilə aşılanmış melodiyaları və zövqlə seçilmiş mətnlərinə görə dinləyicilərin yaddaşına hopmuşdur.
Xanlarova Zeynәb Yәһya qızı. (1936)
Muğәnni (lirik soprano). Azәrbaycanın xalq artisti (1975), SSRİ xalq artisti (1980). Azərbaycan Dövlət mükafatı laureatı (1985). "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.
1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci Azərbaycan Dövlət Musiqi Mәktәbinin muğamat şöbәsini (Seyid Şuşinskinin sinfini) bitirmiş, һәmin ildәn Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Burada Ü.Hacıbəylinin "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm" operalarında Leyli vә Әsli obrazlarını һәm dramatik ifaçılıq, һәm dә musiqi sәciyәsi baxımından son dәrәcә dolğun vә tәsirli yaratmışdır.
Z.Xanlarova muğam, tәsnif, xalq maһnıları, Azәrbaycan bәstәkarlarının vә dünya xalqlarının maһnılarının mahir ifaçısı kimi böyük şöһrәt qazanmışdır. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Z.Xanlarova dünyanın əksər ölkələrində konsertlər vermiş, Azərbaycan musiqisini təmsil etmişdir.
İbrahimov Mənsum İsrafil oğlu. (1960)
Muğәnni (lirik soprano). Azərbaycanın xalq artisti (2005).
M.İbrahimov 1982-1987-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbinin muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.
1985-ci ildə Ü.Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Ş.Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır.
Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları - Məcnun ("Leyli və Məcnun"), Qərib ("Aşıq Qərib"), Camal ("Gəlin qayası"), Azançı ("Sevil") rollarını ifa etmişdir. M.İbrahimov Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində ləyaqətlə təmsil etmişdir.
O, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
İsmayılova Sәkinә Qulu qızı. (1956)
Xanəndə, pedaqoq. Azәrbaycanın xalq artisti (1992). Azərbaycan Dövlət Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990).
1980-ci ildәn Azərbaycan Opera və Balet Teatrının solistidir. O, burada Opera və Balet Teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Gülbahar ("Gəlin qayası"), Şahsənəm ("Aşıq Qərib") və s. ifa etmiş və etməkdədir.
Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir. S.İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq, bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir. S.İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində dəfələrlə yüksək səviyyədə təmsil etmişdir.
S.İsmayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir.
Keçəçioğlu Məhəmməd.(1864-1940)
Xanəndə. Məhəmməd Məşədi Xəlil oğlunun təxəllüsü; Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir.
Repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapazonlu güclü və zil səsə malik xanəndə bütün muğam-dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. K.Məhəmməd klassik muğamları, həmçinin, «Nəva», «Mahur» və «Bayatı-Qacar» muğamını orijinal bir şəkildə, özünəməxsus cəhətlərlə ifa edirdi. Bununla yanaşı, o, xüsusən zərbi-muğamların təbliğatçısı kimi tanınmışdır.
1904-cü ildən Bakıda fəaliyyət göstərmiş, Q.Primov, M.Zeynal kimi tarzənlərlə birgə musiqi məclislərində və toylarda, Şərq konsertlərində çıxış etmişdir. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları 1912-ci ildə “Sport-rekord” (Varşava), 1914-cü ildə “Ekstrafon” (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
1926-cı ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə K.Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilmiş, burada Azərbaycanın bir çox tanınmış xanəndələrini yetişdirmişdir.
Kələntərli Haşım Səməd oğlu.(1899-1984)
Xanəndə. Azərbaycanın əməkdar artisti (1943). Azərbaycan Dövlət Opera və Balet Teatrının (1924-1933) və Azərbaycan Dövlət Filarmoniyasının (1949-1953) solisti, Azərbaycan Dövlət Dram Teatrının (1933-1949) aktyor-müğənnisi olmuşdur.
“Leyli və Məcnun” (Ü.Hacıbəyli), “Qaçaq Nəbi” (S.Rüstəmov), “Od gəlini” (C.Cabbarlı), “Fərhad və Şirin” (S.Vurğun) və s. tamaşalarda çıxış etmişdir. Muğam, təsnif, xalq mahnılarının mahir ifaçısı kimi tanınmışdır. Onun dram tamaşalarında oxuduğu bir çox mahnılar, o cümlədən, Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazdığı “Kor ərəbin mahnısı” xanəndələrin repertuarına daxil olmuşdur.
H.Kələntərli “Segah” muğamının mahir ifaçısı kimi yadda qalmışdır. O, “Segah” muğamını yeni tonallıqda - sol segah tonallığında oxuyaraq muğamın yeni variantını yaratmışdır. Bu variant “Haşım Segah” adı ilə muğam ifaçılığı təcrübəsinə daxil olmuşdur.
Kәlәntәrli Yavәr Abbas qızı. (1902-1979)
Müğәnni (qızlıq soyadı Zamanova), Azәrbaycanın әmәkdar artisti (1940). İlk dәfә 1918-cu ildә sәһnәyә çıxan Y.Kələntərli «Cәmiyyәti xeyriyyә» mәktәbindә tamaşaya qoyulmuş «Arşın mal alan» musiqili komediyasında Әsgәr rolunu ifa etmişdir.
1923-cü ildә Ü.Hacıbəylinin mәslәһәti ilә C.Qaryağdı oğlu vә S.Şuşinskinin yanında muğamatdan dәrs almışdır. Gözәl, yanıqlı sәsi, improvizə qabiliyyəti ilә fәrqlәnәn xanәndә kimi tanınmışdır.
Y.Kələntərli 1937-ci ildә Azərbaycan Opera və Balet Teatrına dәvәt olunaraq, burada Ü.Hacıbəylinin «Leyli vә Mәcnun», «Әsli vә Kәrәm» operalarında Leyli, Leylinin anası, Әsli partiyalarını mәһarәtlә oxumuşdur.
Qacar Xurşid.(1894 - 1963)
Müğənni. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Azərbaycandan kənarda vokal təhsili almış ilk azərbaycanlı qadınlardan biri olan X.Qacar 1915-ci ildə Moskva Konservatoriyasında oxumuşdur.
O, 1919-1924-cü illərdə Azərbaycan Opera və Balet Teatrında işləmişdir. X.Qacar səhnədə Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasında Gülnaz və M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar obrazlarını yaratmışdır. O, milli musiqi mədəniyyətinin inkişafında fəal iştirak etmişdir.
1935-ci ildə Opera Teatrının nəzdində iki illik kurslar açılmış və X.Qacar bu kursun müdiri təyin edilmişdir.
Qarabaği Ağa Mirzə Əli Əsgər Məmməd oğlu.(XIX əsr)
Xanəndə, muğam bilicisi. XIX əsr Azərbaycan musiqisinin və maarifçiliyinin ən görkəmli simalarından biri.
Bir çox görkəmli muğam ustadlarının - Xarrat Qulu, Hacı Nəcəf bəy, Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq Əsəd oğlu kimi sənətkarların sələfi sayılır.
Mirzə Əli Əsgər həm məlahətli səsə malik xanəndə, həm də əsl ustad bir kamançaçı idi. O, Azərbaycan musiqisini dərindən öyrənərək, onun özünəməxsus cəhətlərini üzə çıxarmış, mahiyyətini şərh edərək, musiqiçilərə öyrətmişdir.
Mirzə Əli Əsgər həmçinin, dövrünün qabaqcıl musiqi xadimi kimi, muğam sənətinin inkişafında mühüm rol oynamışdır.
Qasımov Alim Hәmzәli oğlu.(1957)
Xanəndə, pedaqoq. Azәrbaycanın xalq artisti (1992). Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs almışdır.
1990-cı ildәn solisti olduğu Azərbaycan Dövlət Opera və Balet Teatrında «Leyli vә Mәсnun», «Әsli vә Kәrәm» operalarında Mәcnun vә Kәrәm partiyalarını böyük müvәffәqiyyәtlә ifa etmişdir. Son zamanlarda doqquz albom çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülmüşdür.
1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını almışdır. Azərbaycan muğamının dünyaya yayılmasında böyük rol oynayan A.Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında dörd azərbaycanlıdan biri olub.
Qasımov Tələt Məmmədağa oğlu.(1933-2013)
Xanəndə. Azərbaycanın xalq artisti. Z.Adıgözəlov, H.Hüseynov kimi ustad sənətkarlardan muğamın sirlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. T.Qasımovun repertuarı zəngin olmuşdur.
O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa etmişdir. Onun ifasında “Rast”, “Şur”, “Segah-Zabul” muğam-dəstgahları, “Şüştər” təsnifləri radionun Qızıl fondunda saxlanılır.
T.Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Qәdimova Sara Bәbiş qızı. (1922-2005)
Müğәnni (lirik-koloratur soprano). Azәrbaycanın xalq artisti (1963).
1941-ci ildәn Azәrbaycan Dövlәt Filarmoniyasının solisti olmuş, Ü.Hacıbəylinin bәstәlәdiyi bir sıra mahnıları («Şәfqәt baсısı» vә s.) ilk dәfә ifa etmişdir.
1956-1962-ci illәrdә Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli, Әsli («Leyli vә Mәcnun», «Әsli vә Kәrәm») rollarını uğurla oynamışdır.
Qəhrəmanov Səfa Hüseyn oğlu. (1949-2008)
Xanəndə. Azərbaycanın xalq artisti (2006). S.Qəhrəmanov 1974-1978-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində musiqi təhsili almış, N.Əliyevin tələbəsi olmuşdur.
1985-1990-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. Bu illər ərzində onun ifasında xalq mahnıları və muğamlar lentə alınaraq, qızıl fonda daxil edilmişdir.
1991-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Ü.Hacıbəylinin «Leyli və Məcnun» əsərində Məcnun, Məcnunun atası, İbn Səlam, M.Maqomayevin «Şah İsmayıl» əsərində Şah İsmayıl, R.Mustafayevin Vaqif operasında xanəndə, V.Adıgözəlovun «Natəvan» operasında Qarabağ xanəndəsi kimi yaddaqalan obrazlar yaratmışdır. S.Qəhrəmanov həm də pedaqoji fəaliyyətlə ilə məşğul olmuşdur.
1999-cu ildən A.İsgəndərov adına mədəniyyət sarayında muğam sinfində dərs vermiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi olmuşdur.
Quliyev Zahid Abdulla oğlu. (1961)
Xanəndə, pedaqoq. Qarabağ muğam ənənələrinin davamçısı. Atası Aşıq Abdulla Qarabağın məşhur aşıqlarından olmuş, dastan və muğamları böyük məharətlə ifa etmişdir.
Z.Quliyev professional musiqi təhsilini Bakıda almış, 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmiş, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxumuşdur. S.Şükürov, N.Əliyev, H.Hüseynov kimi muğam ustadlarından dərs almışdır.
1987-ci ildə o, C.Qaryağdı oğlu adına respublika müsabiqəsində laureat adını qazanmışdır. 1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında Z.Quliyev, M.Müslümov və F.Dadaşovdan ibarət C.Qaryağdı oğlu adına muğam triosu yaradılmışdır. Onlar konsert proqramı ilə dünyanın bir çox ölkələrində çıxış edərək, Azərbaycan muğamını yüksək səviyyədə dünyada təbliğ etmişlər.
Z.Quliyev bir xanəndə kimi geniş diapazonlu, təmiz və zəngin tembrli səsə, muğam sahəsində dərin biliyə malikdir. Xanəndənin ifasında «Şur», «Mahur-Hindi», «Cahargah», «Bayatı-Şiraz» muğam-dəstgahları radionun qızıl fondunda saxlanılır. Fransa və Holladiyada onun ifasında muğam-dəstgahlardan ibarət bir neçə disk buraxılmışdır. Z.Quliyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmişdir.
2004-cü ildən Almaniyada yaşayır.
Quliyeva Qəndab Həbi qızı. (1949)
Müğənni. Azərbaycanın xalq artisti. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi N.Əliyev olmuşdur. Eyni zamanda, o, V.Abdullayevin muğam sinifində dərs almışdır.
1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Ü.Hacıbəyli “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (M.Maqomayev “Şah İsmayıl”), Şahsənəm (Z.Hacıbəyov “Aşıq Qərib”), Gülbahar (Ş.Axundova “Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev “Vaqif”) rollarını yaratmışdır. Q.Quliyeva bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.
Onun ifasında “Xaric Segah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları AzTV-nin fondunda saxlanılır. Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilmişdir.
Q.Quliyeva Azərbaycan Dövlət və Mədəniyyət Universitetində pedoqoji fəaliyyətlə məşğul olur.
Malibəyli Cümşüd.(1845-1915)
Xanəndə. Qarabağ xanəndəlik məktəbinin nümayəndəsi. “Segah”, “Şahnaz” “Orta Mahur”, “Şüştər” muğamlarını, “Heyratı”, “Qarabağ şikəstəsi” zərbi muğamlarını özünəməxsus üslubda oxumuş, konsertlərində və opera tamaşalarında yaxından iştirak etmişdir.
1913-cü ildə Malıbəyli Cümşüdün ifasında “Mahur”, “Rast”, “Segah”, “Şikəsteyi-fars” muğamları və bir neçə təsnif Kiyevdə “Ekstrafon” şirkəti tərəfindən qrammofon valına yazılmışdır.
Malibəyli Həmid. (1869-1922)
Xanəndə, tarzən. Qurbanov Həmid İmamqulu oğlunun təxəllüsü;
Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı. Xanəndəlik sənətini Hacı Hüsüdən öyrənmişdir. Zil və məlahətli səsi olmuş, “Rast” və “Segah” muğamlarını böyük ustalıqla oxumuşdur.
1910-cu ildə Malıbəyli Həmidin ifasında “Şur”, “Rast”, “Yetim Segah”, “Humayun” muğamları, bir çox təsnif və xalq mahnıları Riqada “Qrammofon” şirkəti tərəfindən qrammofon valına yazılmışdır. Səsi batdıqdan sonra tarzənliklə məşğul olmuşdur, K.Məhəmməd, M.Behbudov, M.M.Fərzəliyev, İ.Abdullayev, Bülbül və b. xanəndələri tarda müşayiət etmişdir.
Mehrəliyeva Fatma. (1926-2000)
Müğənni (lirik soprano). Azərbaycanın əməkdar artisti (1960). Yaradıcılıq fəaliyyətinə "Sazçı qızlar" ansamblında (1940) başlamış, sonralar ansamblın solisti olmuşdur.
Ü.Hacıbəylinin "Şəfqət bacısı" mahnısının ifası ona uğur qazandırmışdır. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
"Arşın mal alan" filmində (1945) Telli rolunu ifa etmişdir. Bir çox Azərbaycan muğamlarını məharətlə oxumuş, "Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı olmuşdur.
Məmmədov Fehruz Əmirxan oğlu.(1972)
Xanəndə. Azərbaycanın əməkdar artisti. Müasir dövrdə Qarabağ muğam ifaçılığı məktəbinin layiqli davamçılarından biri, xanəndə S.Məmmədovun qardaşıdır. F.Məmmədov X.Şuşinski adına Ağdam muğam məktəbinin yetirməsidir. İlk müəllimi Ə.Hüseynov olmuşdur.
1994-1997-ci illərdə F.Məmmədov təhsilini Azərbaycan Dövlət Konservatoriyasında, görkəmli xanəndə A.Babayevin muğam sinfində davam etdirmiş, sənətini təkmilləşdirmişdir.
F.Məmmədov Qarabağ xanəndələrinin yaradıcılığından bəhrələnərək, eyni zamanda, sənətdə qardaşı S.Məmmədovun yolunu davam etdirir. Xanəndə İran, Türkiyə və başqa ölkələrə qastrolları zamanı da Azərbaycan musiqi mədəniyyətini təmsil edir. Xanəndənin muğam və təsniflərdən ibarət bir neçə diski buraxılmışdır.
Məmmədov Mürşüd Səlim oğlu. (1932-1996)
Xanəndə. Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi. 1953-cü ildə Ağdam musiqi məktəbinə qəbul olunmuş, muğam sənətini S.Şuşinskidən öyrənmişdir.
M.Məmmədov 1955-ci ildə Bakıda musiqi olimpiadasında iştirak etmiş, onun oxuduğu «Segah» muğamı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmış və radioda lentə alınmışdır. Həmin illərdən başlayaraq, Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi konsert proqramları ilə çıxış etmiş, qastrol səfərlərində olmuşdur.
O, muğam operalarında İbn Səlam və Zeyd, (Ü.Hacıbəyli «Leyli və Məcnun») kimi bir sıra rolları ifa etmişdir. AzTV-nin fondunda M.Məmmədovun ifasında «Bayatı-Şiraz», «Segah», «Zabul-Segah», «Rast», «Qatar», «Qarabağ şikəstəsi» muğamlarının, bir sıra mahnı və təsniflərin lent yazıları saxlanılır.
Məmmədov Vəli Muxtar oğlu.(1933-2011)
Yazıçı-jurnalist, pedaqoq və xanəndə. Muğam sənətinin tədqiqatçısı. Filologiya elmləri namizədi (1964). Əməkdar müəllim. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959) olmuşdur.
1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakultəsinin jurnalistika şöbəsində təhsil almışdır. Həmin dövrdən gözəl səsi və ifaçılıq məharəti ilə diqqəti cəlb etmişdir. Tələbə özfəaliyyət kollektivində çıxış etmiş, 1957-ci ildə gənclərin və tələbələrin Moskvada keçirilən ümumittifaq və VI ümumdünya festivalının laureatı adına və qızıl medala layiq görülmüşdür. Azərbaycan Dövlət Musiqi Məktəbində (1960-1964) görkəmli xanəndə S.Şuşinskidən ifaçılıq sənətinin sirlərini öyrənmişdir.
Onun ifasında «Kürdü-Şahnaz», «Mirzə Hüseyn Segah», «Çahargah», «Bayatı Şiraz»,«Heyratı», «Arazbarı», «Qarabağ Şikəstəsi» muğamları, bir sıra mahnı və təsniflər qrammofon vallarına yazılmışdır. «Havalansın xanın səsi», «Füzulinin musiqi dünyası», «Muğam, söz ifaçı» kitablarında muğam ifaçılarının portret oçerkləri öz əksini tapmışdır.
Məmmədov Yaqub Məhəmməd oğlu. (1930-2003)
Xanəndə. Azərbaycanın xalq artisti (1991). Qarabağ xanəndəlik məktəbinin nümayəndəsi. Y.Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almış, görkəmli xanəndə S.Şuşinskidən xanəndəlik sənətinin sirlərini öyrənmişdir. Y.Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, konsertlərdə çıxış etmişdir.
Onun ifasında qrammofon vallarına yazılmış muğam-dəstgahlar təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə məşhurlaşmışdır. Ustad xanəndə kimi püxtələşmiş Y.Məmmədov sənətdə öz ənənələrini yaratmışdır və öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.
Məmmədov Səxavət Əmirxan oğlu. (1953-1991)
Xanəndə. Azərbaycanın əməkdar artisti. Qarabağ muğam ifaçılığı məktəbinin layiqli davamçılarından biri. Səxavət Məmmədov erkən yaşlarından sənətə gəlmiş, məlahətlə oxuduğu el havaları, muğam və təsniflər onu xalqın sevimlisinə çevirmişdir.
S.Məmmədovun professional sənət yolu isə 1970-ci illərdən başlayır. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbinin muğam sinfində, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almış, muğam sənətinin incəliklərini görkəmli muğam ustadı Hacıbaba Hüseynovdan öyrənmişdir. S.Məmmədovun yaradıcılığında xüsusilə «Rast», «Şahnaz», «Mirzə Hüseyn Segahı» muğam dəstgahları, «Heyratı», «Səmayi-Şəms» zərbi muğamlarının təfsiri bənzərsiz keyfiyyətlərə malikdir.
S.Məmmədov qədim xalq mahnılarına, aşıq havalarına diqqət yetirərək, onları öz repertuarına daxil etmiş, unudulmuş melodiyaları yenidən öz ifası ilə həyata qaytarmışdı. Bu baxımdan, onun oxuduğu «Sarı bülbül», «Azad bir quşdum» və s. mahnıları xalq arasında geniş yayılmışdır. Səxavət Məmmədovun xarici ölkələrə qastrol səfərləri də çox olmuş, Fransada, Almaniyada, İsraildə, Avstriyada, Nikaraquada, Hindistanda konsertləri böyük müvəffəqiyyətlə keçmişdir. Xanəndənin muğam və təsniflərdən ibarət diskləri Azərbaycanda, Ukraynada, Almaniyada buraxılmışdır.
Məmmədova Nəzakət Əli qızı. (1944-1981)
Müğənni (lirik-dramatik soprano). Azərbaycan əməkdar artisti (1974). Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmiş, H.Hüseynovdan və Ə.Bakıxanovdan dərs almışdır. Konsert fəaliyyətinə “Lalə” qızlar ansamblında başlamışdır.
1970-1981-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, Leyli, Əsli, Xanəndə qız (Ü.Hacıbəyli «Leyli və Məcnun», «Əsli və Kərəm», «Koroğlu»), Gülbahar (Ş.Axundova “Gəlin qayası”) obrazlarını özünəməxsus məharətlə yaratmışdır.
Repertuarı muğamlardan, təsniflərdən, bəstəkar və xalq mahnılarından ibarət olmuşdur. Onun ifasında “Qatar”, “Rast”, “Şahnaz”, “Segah” muğamları, “Sarı bülbül”, “Qaragilə” xalq mahnıları AzTV-nin fondunda saxlanılır.
Məmmədova Şövkət. (1897-1981)
Müğənni. İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). 1910-cu ildə Tiflisdə musiqi məktəbini bitirmiş, təhsilini davam etdirmək üçün Milana getmiş (1911) və orada tanınmış müğənni D. Ambroziodan dərs almışdır.
XX əsrin 20-ci illərinədək Azərbaycanın opera səhnəsində qadın partiyalarını ya kişilər (milli operalarda), ya da müsəlman olmayan qadınlar ifa edirdilər. Şövkət xanım həyatını təhlükə qarşısına qoyaraq, Azərbaycan səhnəsində geniş tamaşaçı qarşısında çıxış edən (1914) ilk müsəlman qadınidi.
1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılmış və o, 1923-1925-ci illərdəTenikumun direktoru, həmdə not nəşriyyatının müdiri vəzifəsində çalışmışdır.
Onun ifaetdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyli) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.
Məmmədova Zümrüd Mövlud qızı. (1954)
Xanəndə. Azərbaycanın xalq artisti (2003). 1976-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbinin muğam şöbəsini, 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.
1978-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir. Bir çox respublika və beynəlxalq festivalların laureatıdır: Vyetnamda (1982) «Xalqlar Dostluğu» medalına, Yaponiyada (1989) «İpək yolu», Bağdadda (1999) «Babilistan» festivalında fəxri diploma layiq görülmüşdür. Yaponiyada muğamlardan ibarət diskləri çıxmışdır. Dünyanın bir çox ölkələrində Azərbaycan muğamını təmsil etmişdir.
1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasında və Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasında müəllim kimi çalışır. Həmçinin, 1990-cu ildən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nümunəvi nəfəsli alətlər orkestrində hərbçi-müğənnidir.
Mirbabayev Seyid Mirtağı oğlu. (1867-1953)
Xanəndə. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda yaşayıb-yaratmışdır.
Orijinal ifaçılıq üslubuna, qüvvətli səsə malik xanəndə Bakı məclislərində çox məşhur olmuşdur.İfasında bir sıra muğamlar qrammofon vallarına yazılmışdır.Sonradan neft sənayesində tanınmış milyonçulardan biri olmuş və xanəndəlikdən uzaqlaşmışdır.
Bəstəkar C.Cahangirov “Xanəndənin taleyi” operasında S.Mirbabayevin proobrazını yaratmışdır.
Mircavadov Mirməmməd Mirbaba oğlu. (1953)
Xanəndə, muğam bilicisi. 1987-1992-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində A.Abdullayevin sinfində xanəndəlik təhsili almış, eyni zamanda H.Hüseynovun dərslərindən bəhrələnmişdir.
M.Mircavadov Türkiyə, İran, Polşa və keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarında mədəniyyətimizi layiqincə təmsil etmişdir.
Mirzə Güllər. (XIX əsr)
Xanəndə. XIX əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın. O dövrdə qadınların çadrasız məclislərdə görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış etmişdir.
1890-cu illərdən Şamaxıda xanəndəlik etmiş, xanəndə Mirzə Məhəmmədhəsənin yaradıcılığından bəhrələnmiş, Şamaxı musiqi məclislərində iştirak etmişdir.
“Şur”, “Mahur-hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxumuşdur. 1914-cü ildə Kiyevdə “Monarx-Rekord”, “Ekstrafon” səsyazma şirkətlərində Mirzə Güllərin ifasında bir neçə muğam və mahnılar qrammofon valına yazılmışdır.
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu. (1851-1917)
Xanəndə. İlk muğam müəllimi Kərbəlayı Əkbər Mahmud ağanın sarayında xanəndə idi. Gənc ifaçının istedadını dəyərləndirən Mahmud ağa onu öz sarayına dəvət etmişdir.
Muğam məclislərində H.Hüsü, Ə.Zülalov kimi ustad xanəndələrlə yarışa girmişdir.Muğamatı və poeziyanı dərindən bildiyinə və özü də şeirlər yazdığına görə onu “Mirzə” çağırırdılar.
O, təkcə Azərbaycanda deyil, Zaqafqaziyanın hər yerində çox məşhurlaşmışdı. “Sarıtorpaq şikəstəsi”nin, xanəndələrin repertuarına daxil olmuş bir çox təsniflərin yaradıcı hesab olunur.
M.Məhəmmədhəsən həm də şair olmuşdur.Onun “Nalə” adlı şeirlər kitabı 1916-cı ildə çap olunmuşdur.
Mirzəyev Baba Mahmud oğlu. (1940-2006)
Xanəndə. Azərbaycanın xalq artisti (1992). Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində Seyid Şuşinskidən almışdır.
B.Mahmudoğlunun ifaçılığında ruh yüksəkliyi, virtuoz ifaçılıq texnikası və artistizm özünü qabarıq büruzə verir. O, xalq musiqi yaradıcılığını dərindən bilməsi sayəsində çoxsaylı xalq mahnılarını və aşıq havalarını zövqlə ifa etmişdir.
B.Mahmudoğlu Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Xanəndə bu teatrın səhnəsində muğam operalarında Məcnun və İbn Səlam, Təlxək (Ü.Hacıbəyli, “Leyli və Məcnun”, "Koroğlu"), Şah İsmayıl (M.Maqomayev “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) kimi yadda qalan obrazlar yaratmışdır.
Xanəndə xarici ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuş, Azərbaycan muğamlarının, xalq mahnı və təsniflərinin mahir ifaçısı kimi tanınmışdır.
Muradova Rübabә Xәlil qızı. (1933-1983)
Müğәnni (messo-soprano). Azәrbaycanın xalq artisti (1971). İlk təhsilini Sabirabadda dram teatrında alan R.Muradova Azərbaycan Dövlət Musiqi Məktəbində Seyid Şuşinskidən muğam sənətinin sirlərini öyrənmişdir. Güclü, tәsirli vә çox çalarlı sәsә, orijinal ifaçılıq üslubuna malik müğәnni idi.
1954-ci ildәn Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, burada Ü.Hacıbəylinin "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm" vә "Koroğlu" operalarında Leyli, Әsli vә Xanәndә qız, Ş. Axundovanın "Gəlin qayası" operasında Sənəm partiyalarını böyük mәһarәtlә ifa etmişdir.
R.Muradova muğam, tәsnif vә xalq maһnılarının ifaçısı kimi dә mәşһur idi. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Mustafayev Teymur Ağaxan oğlu. (1939)
Xanəndə. Azərbaycanın xalq artisti (2005).Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.
Sənət müəllimləri S.Şuşinski, Ə.Bakıxanov olmuşdur.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İniversitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərir. T.Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir.
Onun ifa etdiyi muğam və təsniflər Azərbaycan Teleradiosunun fonotekasında saxlanılır.Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.
Mütəllimov Mütəllim Kəblə Ələkbər oğlu. (1909-1981)
Xanəndə. Qarabağ xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biri. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur.
1930-cu illərdən M.Mütəllimov Bakıda Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M.Mütəllimovun repertuarında «Çahargah», «Orta Mahur», «Bayatı-Şiraz», «Mirzə Hüseyn Segahı», «Şur» muğam-dəstgahları xüsusi yer tutmuşdur. O, mahir təsnif ifaçısı kimi də tanınmış, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq «Rast» və ya «Segah» təsniflərini ifa etmişdir.
Muğamlara özünəməxsus həssaslıqla yanaşmışdır. «Segah» muğamının variantları onun ifasında incə lirizmi ilə, «Çahargah» və «Orta Mahur» muğamları döyüş ruhu ilə yadda qalmışdır.
Novruzov Ağababa Əli oğlu. (1932-1993)
Xanəndə, muğam bilicisi. Z.Adıgözəlov məktəbindən bəhrələnmiş, onun layiqli davamçılarından biri olmuşdur. Gənc yaşlarından muğamları mənimsəmiş və xanəndə kimi məşhurlaşmışdır.
A.Novruzov muğam bilicisi kimi musiqisevərlərin dərin rəğbətini qazanmışdır. O, bir müddət Azərbaycan Dövlət Konsert Birliyinin solisti olmuşdur. A.Novruzovun AzTV-nin fondunda bir sıra lent yazıları qorunur.
A.Novruzovun İran İslam Respublikasında disk-albomu hazırlanmışdır. Alboma xanəndənin yüksək səviyyədə ifa etdiyi «Orta Segah», «Çahargah», «Mahur», «Mirzə Hüseyn segahı» dəstgahları və «Heyratı» zərbi-muğamı daxil edilmişdir.
Rüstəmov Qədir Çərkəz oğlu. (1935-2011)
Xanəndə. Azərbaycanın xalq artisti (1992). Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olmuşdur. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində H.Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir.
Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Q.Rüstəmov xanəndə kimi çox məşhurlaşmışdır. Qarabağın toy məclislərində, el şənliklərində Q.Rüstəmov muğam dəstgahları böyük məharətlə ifa etmişdir. Q.Rüstəmovun ifasında bir sıra muğam dəstgahlar lentə alınaraq radionun fondunda saxlanılır.
Yüksək tessituralı səsə malik Q.Rüstəmov bütün registrlərdə səs keyfiyyətlərini nümayiş etdirməyi bacarırdı. O, oxuduğu muğamlarda uzun və coşğun zəngulələr vurması ilə də fərqlənirdi. Onun «Sona bülbüllər» mahnısı xüsusilə çox sevilir.
Rzayev İslam. (1934-2008)
Xanəndə. Azərbaycanın xalq artisti (1991). Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur.
Peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğamın sirlərini öyrənmişdir. Həmçinin Z.Adıgözəlovdan və H.Rzayevadan muğam dərsləri almışdır. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır. Böyük məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmişdir.
Bir sıra mahnılar da bəstələmişdir. Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir. 70-dən artıq qastrol səfərlərində olmuş, xarici ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. Pedaqoji işlə də məşğul olmuş, 120-ə yaxın gənc ifaçı yetişdirmişdir. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır.
Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Rzayeva Hәqiqәt Әli qızı. (1907-1969)
Müğәnni. Azәrbaycanın xalq artisti (1943). Böyük sәһnәyә qәdәm qoyan ilk qadın muğam ifaçılarındandır.
1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində, C.Qaryağdıoğlu, S.Şuşinski və Q.Primovdan dərs almışdır.
1927-1952-ci illәrdә Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Ü.Hacıbəylinin opera vә musiqili komediyalarında Leyli («Leyli vә Mәcnun»), Әsli («Әsli vә Kәrәm»), Sәnәm («O olmasın, bu olsun»), Telli («Arşın mal alan»), Xanәndə qız («Koroğlu»), M.Maqomayevin "Şah İsmayıl" operasında Ərəbzəngi, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Şahsənəm partiyalarını ifa etmişdir.
«Arşın mal alan» musiqili komediyasında Telli rolunun yüksәk sәviyyәdә ifasına görә Ü.Hacıbəyli mәһz H.Rzayeva üçün Tellinin maһnısını («Sәn o yanda, yar bu yanda») artırmış vә sonuncu pәrdәdә, qadın toyunda xanәndә әvәzinә Tellinin oxumasından istifadә etmişdir.
Sadıqov Əliövsət Şirəli oğlu. (1906-1971)
Müğənni (lirik tenor). Azərbaycanın xalq artisti (1956). Güclü zil səsə, gözəl zəngulələrə malik xanəndə xalq mahnılarının və muğamların məşhur ifaçısı olmuşdur.
1928-1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.
1930-1963-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Ü.Hacıbəylinin muğam operalarında Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”) və digər rolları böyük ustalıqla yaratmışdır.
Sarabski (Rzayev) Hüseynqulu Mәlik oğlu. (1879-1945)
Müğənni (lirik tenor). Aktyor, rejissor, teatr xadimi, pedaqoq. Azәrbaycanın xalq artisti (1932).
1902-ci ildәn Bakıda dramatik rollarda çıxış edәn H.Sarabski 1908-ci il-dәn «Nicat» cәmiyyәti nәzdindәki opera truppasının solisti olmuş, hәmin il Ü.Hacıbəylinin «Leyli vә Mәcnun» operasının ilk tamaşasında Mәcnun rolunu böyük uğurla oynamışdır.
Sarabski bu rolda 400 dәfәdәn çox çıxış etmişdir. Sarabski Ü.Hacıbəylinin «Şeyx Sәnan», «Rüstәm vә Söһrab», «Әsli vә Kәrәm», «Şaһ Abbas vә Xurşid Banu» operalarında Şeyx Sәnan, Söһrab, Kәrәm, Şaһ Abbas partiyalarını, «Әr vә arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyalarında Mәrcan bәy, Sәrvәr vә Әsgәr rollarını ilk dәfә vә böyük mәһarәtlә ifa etmişdir.
1910-cu ildәn rejissor kimi dә fәaliyyәt göstәrmişdir.
Şuşinski Xan. (1901-1979)
Xanәndә. (İsfәndiyar Aslan oğlu Cavanşirovun tәxәllüsü); Azәrbaycanın xalq artisti (1943). 16 yaşında olarkən ustadı İ.Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir.
Xanın bir xanəndə kimi yetişməsində, həmçinin C.Qaryağdıoğlunun və S.Şuşinskinin böyük təsiri olmuşdur.
1920-ci illərdə X.Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. 1934-cü ildə o, Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında birinci mükafata layiq görülmüşdür 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yetişdirmişdir. X.Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur.
Şuşinski Musa Fәrһad oğlu. (1893-1971)
Xanәndә. Mәlaһәtli sәsә malik M.Şuşinski 1916-1920-ci illәrdә Tiflisdә yaşamış, burada Ü.Hacıbəylinin «Әsli vә Kәrәm», «Arşın mal alan», «O olmasın, bu olsun» әsәrlәrinin tamaşalarında Kәrәm, Әsgәr, Sәrvәr rollarını ifa etmişdir.
1920-ci ildәn Gәncәdә yaşayan M.Şuşinski 1932-ci ildә Ü.Hacıbəyli tәrәfindәn Bakıya dәvәt olunmuş, bәstәkarın rәһbәrliyi ilә keçirilәn «Şәrq konsertlәri»ndә çıxış etmişdir.
Şuşinski Seyid. (1889-1965)
Xanəndə, pedaqoq. Mir Mövsüm ağa Seyid İbrahim oğlunun təxəllüsü; Azərbaycanın xalq artisti (1956), əməkdar müəllim (1961). Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri. Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynamışdır. İlk təhsilini mədrəsədə almış, dini mərasimlərdə və xalq şənliklərində çıxış etmişdir. Seyidin peşəkar bir xanəndə kimi yetişməsində M.M.Nəvvabın və C.Qaryağdı oğlunun böyük təsiri olmuşdur.
1911-1919-cu illərdə S.Şuşinski Tiflisdə fəaliyyət göstərmişdir. Məşhur xanəndə Əbülhəsən xan İqbal Sontanla tanışlığı da onun ifaçılıq üslubunda əhəmiyyətli iz buraxmışdır. Bu illərdə o, Azərbaycan bəstəkarlarının muğam operalarında çıxış etmişdir.
1913-1914-cü illərdə S.Şuşinski «Ekstrafon» səhmdar cəmiyyəti tərəfindən iki dəfə Kiyev şəhərinə dəvət edilərək səsi vala yazılmışdır. S.Şuşinskinin yaradıcılığının sonrakı dövrü Bakı ilə bağlı olmuş, bu dövrdə onun müəllimlik fəalliyəti genişlənmişdir.
1926-ci ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinfində müəllimlik etməyə başlamışdır. O, bir çox muğamlara yeni guşələr əlavə etmiş, bir çox muğamları birləşdirib oxumuşdur. Bunlardan «Rast-Humayun», «Qatar-Bayatı», «Şur-Şahnaz» dəstgahları xüsusilə diqqətəlayiqdir.
Talışinskaya Caһan Rza qızı. (1909-1967)
Müğәnni. Azәrbaycanın әmәkdar artisti (1940). 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Ü.Hacıbəylinin «Leyli vә Mәcnun», «Әsli vә Kәrәm» operalarında Leyli, Әsli rollarını oynamışdır.
Birinci Dünya Müharibəsi dövründә Orta Asiyaya - Özbәkistana sürgün edilmiş, 1944-ci ildә Tiflis şəhərindә yaşamasına icazә verilmiş vә oradakı Azәrbaycan teatrında dәfәlәrlә Leyli, Әsli, һabelә «Arşın mal alan» musiqili komediyasında Telli rollarında çıxış etmişdir.
1946-cı ildәn Azәrbaycan Musiqili Komediya Teatrında işlәyәn C.Talışinskaya burada «Arşın mal alan»da Telli obrazını yaratmışdır.
Teymurova Nəzakət Xosrov qızı. (1972)
Xanәndә. Azərbaycanın xalq artisti (2005). 1991-1995-ci llərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almış, N.Əliyevdən muğamları öyrənmişdir.
1995-1999-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmiş, xanəndə A.Babayevin tələbəsi olmuşdur.
1995-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Leyli (“Leyli və Məcnun”), Şahsənəm (“Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Natəvan”) rollarında çıxış edərək, tamaşaçıların rəğbətini qazanmışdır. Repertuarında muğam dəstgahları əsas yer tutur. Dünyanın bir çox ölkələrində konsert səfərlərində olmuş, Azərbaycanın milli musiqisini təmsil etmişdir.
Diskləri və videoalbomu çıxmışdır. Konsert fəaliyyəti ilə yanaşı, müəllimliklə də məşğul olur. Azərbaycan Dövlət Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasınınnın müəllimidir.
Zülalov Əbdül Baği (Bülbülcan). (1841-1927)
Xanəndə. Bülbülcan adı ilə daha çox tanınmışdır. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.
1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tiflisdə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa etmişdir. Yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış etmişdir.
1905-ci ildə Bülbülcan Şuşaya qayıtmış, vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovu və Qəmbər Zülalovu böyütməyə və gənc xanəndələr yetişdirməyə həsr etmişdir. Bülbülcan 1920-ci ildə ailəsi ilə bilrlikdə Bakıya köçmüş və burada əvvəl Şərq konservatoriyasında, 1923-cü ildən isə Azərbaycan Türk Musiqi məktəbində dərs demişdir. 70 illiyi münasibəti ilə "Əmək qəhrəmanı" adına layiq görülmüşdür.
Azərbaycanın ilk aktrisalarından olan əməkdar artist Əzizə Məmmədovanın atası, xalq artisti Sona Hacıyevanın babasıdır.