Molla Pənah Vaqif .
"Mehribanlıq görməyib"
Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm,
Gündə yüz al eyləyən qəlbi qaradən küsmüşəm.
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrubadən küsmüşəm.
Bir qədəh mey istədim sındırdı könlüm şüşəsin
Daş bağırlı saqiyi-sahibcəfadən küsmüşəm.
Çün uman yerdən küsərlər bir məsəldir xalq arasında
Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm.
Gördüm əvvəl ki, binası yarlıq etmək deyil.
Vaqifa, əsli budur, mən bu binadən küsmüşəm.

Qiraətçi: Həsən Turabov. (AUDİO)
Loading the player...
Oxuyur: Səxavət Məmmədov,
"Qarabağ" Xalq çalğı alətləri ansamblı,
tar: Vahid Məmmədov,
kamança: Samidxan Mürşüdov.(VİDEO)
kamança: Samidxan Mürşüdov.(VİDEO)
Loading the player...