Muğam sənəti / Muğam və poeziya / İmadəddin Nəsimi. "Susadım bətlinə"
 İmadəddin Nəsimi. "Susadım bətlinə"
Susadım bətlinə ey afəti dövran, bəri gəl,
Yaxma hicrində məni bunca gəl ey can, bəri gəl.

Aşiqin tamusu yarından iraq olmağıdır,
Ey camalın çəməni rövzeyi-rizvan, bəri gəl.

Ənbərin sünbülü zülfün düşəli məndən iraq,
Qatı aşiftəyəm, ey zülfi pərişan, bəri gəl.

Könlümün həsrəti göz yaşına qərq etdi məni,
Munca ağlatma məni, ey gülü-xəndan, bəri gəl.

Firqətin qəhri məni yaxdı və incitdi əzim,
Mədətin hardadır ey rəhmətü-rəhman, bəri gəl.

Aləmi tutduğu gün zülfi-ruxun dastanı,
Afərin hüsnünə ey fitneyi dövran, bəri gəl.

Gözlərim yaşı axar, aləmi tufan götürər,
Ey pəriçöhrə, boyu sərvi-xuraman, bəri gəl.

Kirpiyin şövq oxunu bağrıma ey can vuralı,
Ürəyimdən gözümə hər dəm axar qan, bəri gəl.

Eyləmiş canı çün eşqə Nəsimi təslim,
Nə ziyan eylər ona qeyd ilə zindan, bəri gəl.

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...

 





Yuxarı