Muğam sənəti / Muğam və poeziya / İmadəddin Nəsimi. "Canımı yandırdı hicrin"
 İmadəddin Nəsimi. "Canımı yandırdı hicrin"

Canımı yandırdı hicrin, ey Nigarım, hardasan?!
Gözlərim nuru, iki aləmdə varım, hardasan?!

Bağrımı qan eylədi acı fərağın, gəl, yetiş!
Eylə bi vəslət, şərabı-xoş güvarım, hardasan?!

Səbrimi yəğmalədi şövqün, qərarım qalmadı,
Ey mənim aramım, eysəbrü-qərarım, hardasan?!

Eylədi eşqin məni qalxan məlamət pirinə,
Ey qaşı-gözü yelənli şəhriyarım, hardasan?!

Ay üzün şəmində niraq düşmüşəm pərvanətək,
Yanıram leylü-nəhar, ey nuri-narım, hardasan?!

Badilən göndər saçın buyin mənə hər sübhdən,
Sanki yandı, keçdi həddən intizarım, hardasan?!

Səndən özgə könlümə yoxdur vəfalı yari-dust,
Ey cəfasız, hüsnü-kamil yadigarım, hardasan?!

Yar üçün hər guşədə min div olur düşmən mənə,
Ey səvadü-əzəmü möhkəm hasarım, hardasan?!

Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri,
Ey şəkər-ləb, yari-şirin ruzigarım, hardasan?!

 

Qiraətçi: Rasim Balayev ("Nəsimi" bədii filmindən parça) (AUDİO)
Loading the player...

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...




Yuxarı