Muğam sənəti / Muğam və poeziya / İmadəddin Nəsimi. "Mən mülki-cahan, cahan mənəm mən! "
 İmadəddin Nəsimi. "Mən mülki-cahan, cahan mənəm mən! "
Mən mülki-cahan, cahan mənəm mən!
Mən həqqə məkan, məkan mənəm mən!

Mən ərşilə fərşü kafünunam,
Mən şərhü bəyan, bəyan mənəm mən!

Mən kövnü məkan ükün-fəkanam,
Bil gil ki, nişan, nişan mənəm mən!

Mən surəti-mə'ni də həqəm həq,
Mən həqqi-əyan, əya mənəm mən!

Bir gövhərə müqədim əzəldən,
Ey gövhəri-kan, kan mənəm mən!

Mənatəşi-nuri-eşqi-həqqəm,
Musaya zəban, zəban mənəm mən!

Mən cümlə cahanü kainatam,
Mən dəhrü zaman, zaman mənəm mən!

Mənayəti-müshəfü kitabam,
Ey nöqtə dəhan, dəhan mənəm mən!

Mən qövsilə həm kamanü tirəm,
Ey tirü kaman, kaman mənəm mən!

Cəmşidi-zamani-aləm oldum,
Cəmşidi-zaman, zaman mənəm mən!

Mən nəqşü xəyalü xəttü xalam,
Mən hərfülisan, lisan mənəm mən!

 

Qiraətçi: Novruz Novruzov(AUDİO)
Loading the player...

 





Yuxarı