İmadəddin Nəsimi.
"Ey müsəlmanlar"
Ey müsəlmanlar, bugün ol yari-pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.
Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam,
Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır.
Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, ləli xəndan ayrılır.
Taqətim, səbrim tükəndi,yarsız mən neylərəm?
Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.
Məhşəri-yovmül-hesab qopdu qiyamət başıma,
Ey Yusif surətli, məndən piri-Kənan ayrılır.
Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?
Hər kimə "nəhnü qəsəmna" çün əzəldən ayrılır...

İfa edir: Rasim Balayev
(AUDIO)
Loading the player...
Yuxarı