Muğam sənəti / Muğam və poeziya / Nizami Gəncəvi. "Düşüb eşqinlə"
Nizami Gəncəvi. "Düşüb eşqinlə"
Düşüb eşqinlə bir sevdayə, ey gül!
Apardım sirrimi səhrayə, ey gül!

Sənin tək fitnədən aldım silahı,
Odur düşdü başım qovqayə, ey gül!

Nədəndir səndə zərrə mərhəmət yox
Qəmindir eşqimə bir sayə, ey gül!

Mən aşiqkən, əbəs sən qan tökürsən,
Atırsan aşiqi tənhayə, ey gül!

Məhaldır vəslinə yetmək bu gün ah...
Tikilmişdir gözüm fərdayə, ey gül!

Nizamiyəm, gözümdən gövhərimi
Xərac tək vermişəm dəryayə, ey gül!

 

Qiraətçi: Həsən Turabov. (AUDIO)
Loading the player...

 

 





Yuxarı