Muğam sənəti / Muğam və poeziya / Nizami Gəncəvi. "Qönçə kimi min dərdə"
Nizami Gəncəvi. "Qönçə kimi min dərdə"
Qönçə kimi min dərdə könül doldu cəfandan.
Ömr ötdü, xəbər yox, niyə bəs, əhdü vəfandan?

Sən dərdi, qəmi hey mənə vermək diləyirsən,
Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.

Xəstə gözümün çarəsini sordum ürəkdən,
Göstərdi ayaq tozlarını dərdimə dərman.

Yüz köynəyi yırtdım ki, çatam vəslinə, dilbər.
Bəlkə mənə köynək olasan, ey məhi-taban!

Sidq ilə sənə həmdü səna etdi Nizami,
Bəs, sən yenə də qətlinə fərman yazacaqsan?

 

Qiraətçi: Həsən Turabov. (AUDIO)
Loading the player...

 

 





Yuxarı