Muğam sənəti / Muğam və poeziya / Nizami Gəncəvi. "Üzün müştaqiyəm, ey dost"
Nizami Gəncəvi. "Üzün müştaqiyəm, ey dost"
Üzün müştaqiyəm, ey dost, nədən bir an görünməzsən?
Sənə bəndə mənəm, söylə, kimin sultanı oldun sən?

O gözlər gül cəmalinlə ləbinçin şahidimdir, yar,
Divan etsən özünsən bil, mənə həm şahid, həm düşmən.

O hüsnə aynadan baxsan, inan ki, qısqanar könlüm,
Onu pünhan tut, ey canan, amandır, yad nəzərlərdən.

Nə ənbərdir o zülfün ki, səbadən gizlidir sirri,
Onu tutduqca sən pünhan səba görmək dilər hərdəm.

Sənin ki, asitanından həyat adlı sular çağlar,
Sulansın keçdiyin yollar, gül açsın gül qədəmlərdə.

 

Qiraətçi: Həsən Turabov. (AUDIO)
Loading the player...

 

 





Yuxarı